Mövsüm Şahin oğlu Məmmədov () — Polkovnik, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı.
Həyatı Mövsüm Məmmədov 1967-ci il 6 iyun Qarabağ Xankəndidə anadan olmuşdur. 1984-cü ildə burada təhsilini başa vurur. 1985–1987-ci illərdə hərbi xidmətdə olmuşdur. 1988-ci ildə Şuşada əmək fəaliyyətinə başlayır. 1990-cı ildə həyatını daxili işlər orqanına bağlayır.
Döyüşlərdə iştirakı Mövsüm Şahin oğlu Məmmədov 1992–1993-cü illər erməni işğalçılarına qarşı vuruşmuş, xeyli quldur məhv etmişdi. Xocalı faciəsi zamanı onlarla insanın həyatını xilas etmişdi. 1994-cü ildə Şuşa rayon Polis İdarəsində bölüy komandiri təyin edilmişdir. 1998-ci ildə DİN-nin Polis Akademiyasını hüquq fakültəsini bitirmişdir. Aprel döyüşlərinin və Dəmir yumruq əməliyyatının aktiv iştirakçısı olmuşdur. Polis polkovnikidir, Bakı şəhər Baş Polis İdarəsində işləyir
Ailəsi Ailəlidir, üç övladı var.
Milli Qəhrəman Azərbaycan Respublikası Prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Məmmədov Mövsüm "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 200.
İstinadlar
Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Mayorlar