"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti — Azərbaycanın dövlət televiziya və radio qurumu.
Radio
Şərqdə ilk radio olan Azərbaycan Radiosu ilk dəfə 1926-cı il noyabrın 6-da "Diqqət, danışır Bakı" sözləri ilə yayıma başlayıb.
Beynəlxalq radio Beynəlxalq Radio öz verilişləri ilə ilk dəfə 1941-ci il 20 iyul tarixindən hər gün "Azərbaycanın səsi" çağırışı ilə efirdə yayımlanıb. Hazırda 11 dildə – azərbaycan, türk, ingilis, fars, ərəb, erməni, rus, gürcü, talış, ləzgi, kürd dillərində gündəlik efirə çıxır.
Televiziya
İdman TV
Mədəniyyət TV
Akademiya
Teleradio Akademiyası — Azərbaycan Televiziyasının tabeliyində fəaliyyət göstərən təhsil müəssisəsi. Məqsəd ali təhsil bazası əsasında müxtəlif peşələr üzrə peşəkar mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir.
Yaranması 2010-cu il iyunun 14-də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində Televiziya və Radio Akademiyasının açılış mərasimi keçirilib. Teleradio Akademiyası Azərbaycan Radiosunun binasında yerləşir. Akademiyanın maddi-texniki bazası formalaşdırılıb, çəkiliş və montaj avadanlığı quraşdırılıb, çəkiliş pavilyonları və səsyazma studiyası yaradılıb. Akademiyanın yaradılmasından məqsəd ali təhsil bazası əsasında peşəkar teleradio mütəxəssislərinin hazırlanması, əməkdaşların ixtisaslarının təkmilləşdirilməsidir. Tədris zamanı yerli alim və mütəxəssislərlə yanaşı, Türkiyə, Rusiya, Avropa ölkələri, eləcə də ABŞ-dən telemütəxəssislər dərs demək üçün akademiyaya dəvət edilir. Teleradio Akademiyasının ilk rektoru Etibar Babayev olmuşdur. Hazırkı rektoru isə Almaz Mahmuddur.
Həmçinin bax Azərbaycan Televiziya və Radiosunun Səsyazma Evi, Musiqi kollektivləri Azərbaycantelefilm
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycan ali təhsil akademiyaları