Coş Hartnett (, 21 iyul, 1978, Minnesota, ABŞ) — amerikalı aktyor və prodüser.
Həyatı
İrland mənşəli Amerika aktyoru Coşua Daniel Hartnett 21 iyul 1978-ci ildə San-Fransisko şəhərinin Minnesota ştatındakı Sent-Pol şəhərində, hippi fəlsəfəsi və mədəniyyətinə pərəstiş edən bir ailədə dünyaya göz açıb. Yeniyetməlik illərində Coş futbolla ciddi maraqlanır və bu idman növünə vaxt sərf edirdi. Lakin sol dizindən aldığı zədə onun futbol xəyallarına son qoyur. 1996-cı ildə Minneapolis şəhərində məktəbi bitirən Coş, Nyu-York ştatındakı Perçes Universitetinə daxil olur. Ancaq bir il sonra Coş təhsilini yarımçıq qoymalı olur.
Karyera
1997-ci ildə onun televiziyadakı karyerası başlayır. Coş Hartnettə teleseriala çəkilməyi təklif edirlər. Aktyor kimi ilk rolu aviaşirkətdə kuryer obrazı olub. 1998-ci ildə böyük ekrandakı ilk ən uğurlu layihəsində iştirak edənədək Coş əsasən reklam çarxlarına çəkilir. 1999-cu ildə o, "Hellovin: 20 il sonra" (1998) filmində yaratdığı Con Teyt obrazına görə MTV kanalından "Kişi obrazlar arasından ilin sıçrayışı", 2002-ci ildə isə həmin kanaldan "Pyörl-Harbor" (2001) filmində canlandırdığı kapitan Denni Uoker xarakterinə görə "Ən yaxşı kişi rolu" nominasiyası üzrə mükafatlar qazanır. 2001-ci ildə çəkildiyi daha bir ekran əsəri - "Qara qırğının enişi" filmindəki serjant Mett Eversmann obrazı da aktyorun məşhurlaşmasında az rol oynamır. Coş Hartnett musiqinin caz və blüz cərəyanlarının vurğunudur. Eyni zamanda o, təsviri incəsəntlə də maraqlanır. Vegetarian həyatı yaşayan Coş yoqa ilə məşğul olur. Onun sevimli yazıçısı Fyodor Dostoyevskidir. Coş Hartnett və Elden Henson "Roulette Entertainmant" adlanan müştərək studiya qurublar. Son zamanlaradək aktyorun Skarlet Yohanssonla görüşdüyü bildirilirdi"Josh Hartnett aurait retrouvé l'amour" sur Archives-lepost, mis en ligne le 6 août 2012. Onlar "Qara səhləb çiçəyi" (2006) filminin çəkilişləri zamanı tanış olublar. Ancaq bəzi mənbələrə görə, indi Coş Hartnett müğənni Rihanna ilə görüşür.
Filmoqrafiya İl Azərbaycanca adı Orijinal adı Rol1998 Hellovin: 20 ildən sonra Halloween: 20 Years Later Con Teyt1998 Fakültə The Faculty Zik Tayler1999 Bakirə intihar edənlər The Virgin Suicides Trip Fonteyn2001 Şəhər və kənd Town & Country Tom Stoddard2001 Pyörl-Harbor Pearl Harbor kapitan Denni Uoker2002 40 gün və 40 gecə 40 Days and 40 Nights Mett Sallivan2005 Günahlar şəhəri Sin City insan2006 Slevinin xoşbəxt rəqəmi Lucky Number Slevin Slevin Kelevra2006 Qara səhləb çiçəyi The Black Dahlia Baki2007 Gecənin 30 günü 30 Days of Night Eben Oleson2008 Avqust August Tom Sterlinq2009 Mən yağışla gələcəyəm I Come with the Rain Klayn2010 Qız bara girir Girl Walks Into a Bar Sem2013 Özünəməxsusluq Singularity Ceyms Stüart2017 6 fut dərinlikdə
İstinadlar .
Xarici keçidlər
Kateqoriya:ABŞ aktyorları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ televiziya aktyorları