Azərbaycanda qadınların rəsmi olaraq kişi ilə hüquqları bir olsa da, sosial diskriminasiya hələ də problemdir. Ölkənin kənd ərazilərində ənənəvi sosial normalar və iqtisadi inkişafın zəif olması, iqtisadiyyatda qadının rolunu məhdud olmasına səbəb olur və cinsi diskriminasiyaya görə qadınlar qanuni hüquqlarından istifadə etməkdə çətinlik çəkir.

Azərbaycanda qadının statusu son bir neçə minillik ərzində çox böyük dəyişikliklərə məruz olmuşdur. Buna baxmayaraq, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu.

Statusu thumb|left|Aleksandra imperator rus-müsəlman qız məktəbi — Azərbaycanın maarifçilik tarixində, dünyəvi təhsilin inkişafında, Azərbaycan qadınının təhsil almasında böyük rol oynamışdır.

Orta əsrlərdə Azərbaycan hökmdarlarından Qızıl Arslanın arvadı Qətibə xanım, Özbək xanım arvadı Mehrican xanım, Uzun Həsənin anası Sara xatun, Şah İsmayıl Xətainin qızı Məhinbanu Sultan, Şirvanşah Xəlilullanın arvadı Pəri xanım, Şah Abbasın anası Xeyransa bəyim, əfsanəvi Tuti Bikə və başqaları kimi görkəmli siyasi və dövlət xadimləri ölkənin tarixində böyük iz qoymuşdur.

Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908-ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabərhüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu.

Sovet hakimiyyəti illərində də Azərbaycan qadını çox mürəkkəb və şərəfli yol keçmişdir. Qadın emansipasiyası, qısa bir müddətdə qadınlar arasında savadsızlığın ləğvi, qadınların müəllim, həkim, mühəndis və sair peşələrə yiyələnərək cəmiyyətdə kişilərlə bərabər hüquqları malik olması, öz istedad və bacarıqlarını gerçəkləşdirə bilməsi həmin dövrün başlıca nailiyyətləridir. 1921-ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nəriman Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921-ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi. Ceyran Bayramovanın təşəbbüsü ilə yaradılmış ilk qadın klubu bu dövrdə qadın hərəkatının inkişafında mühüm rol oynadı. 1923-cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972-ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı.

Azərbaycan qadınları müstəqillik yollarında gedən mübarizələrin ön sıralarında idilər. 1988-ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990-cı il yanvarın 19–20-də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Qarabağ müharibəsinin aktiv fazası dövründə Azərbaycanın 74 min hərbi personalından 2 mini qadın idi və onlardan 600-ü hərbi əməliyyatlarında birbaşa iştirak etmişdi. Azərbaycanın milli qəhrəmanları — Qarabağ müharibəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. Erməni qəsbkarlarının Azərbaycanın ərazisinin 20%-ni işğal etməsi nəticəsində öz doğma ev-eşiyindən didərgin düşmüş bir milyona qədər Azərbaycan vətəndaşı arasında qadınların sayı çoxdur. Qarabağ müharibəsinin nəticələrindən doğan əsas problemlərin, o cümlədən qaçqınlıq və köçkünlük həyatının ağırlığı başlıca olaraq qadınların — anaların, bacıların, qız-gəlinlərin üzərinə düşdü.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir. 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir. Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir. Azərbaycan Respublikası 1995-ci iyunun 30-da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.

Konstitusiyanın qəbulundan sonra Azərbaycanda gender bərarbərliyinin təmini istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.

2000-ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000–2005-ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı. 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. 2006-cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.

2004-cü ildə Azərbaycanda bələdiyyə üzvlərinin cəmi 4 faizi qadınlar olduğu halda, 2009-cu ildə artıq bu rəqəm 26,5 faizə qalxıb. 2011-ci ildə Azərbaycanda parlament sədrinin üç müavinindən biri, parlamentin 125 deputatından 20-si, İnsan Hüquqları üzrə müvəkkil, 1 Dövlət Komitəsinin sədri, 1 Dövlət Komissiyasının sədri, 4 nazir müavini, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini və 1 hakimi qadın idi. Həmin ildə, ölkədə 90-a yaxın qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərib.

Qadın azadlığının xronologiyası İl Hadisə Məkan1889Nigar Şıxlinskaya ali təhsil alan ilk azərbaycanlı qadın olur.Azerbaijan Soviet Encyclopedia (1987), vol. 10, p. 551.Tiflis, Rusiya imperiyası1901Aleksandra imperator rus-müsəlman qız məktəbi — ilk dünyəvi qız məktəbi və həmçinin Rusiya imperiyasında və müsəlman Şərqində ilk olan məktəb Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və dəstəyi ilə açıldı.Bakı, Rusiya imperiyası1908Sona xanım Vəlixan 1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirmiş və Azərbaycanda ilk ali təhsilli həkim qadın olmuşdur.Sankt Peterburq, Rusiya imperiyası1908Hənifə Məlikovanın təşəbbüsü nəticəsində, Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti yaranıb.1908Filantrop Həmidə Məmmədquluzadə oğlanların və qızların birlikdə təhsil aldığı ilk məktəbin əsasını qoymuşdur. O, həm də beynəlxalq konfransda çıxış etmiş ilk Azərbaycan qadınıdır.Böyük Kəhrizli, Ağcabədi rayonu, Rusiya imperiyası1910Aktrisa Gövhər Qazıyeva səhnəyə çıxan ilk azərbaycanlı qadın olmuşdur.Tiflis, Rusiya imperiyası1911Xədicə Əlibəyova ilk azərbaycanca qadın qəzeti olan İşığı çap edir.Tiflis, Rusiya imperiyası1912İlk azərbaycanlı qadın opera müğənnisi Şövkət Məmmədova özünün ilk səhnə performansını edir.Bakı, Rusiya imperiyası1918Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlar seçki hüququ əldə edir.Tadeusz Swietochowski. Russian Azerbaijan, 1905–1920: The Shaping of a National Identity in a Muslim Community. Cambridge University Press, 2004. ISBN 0521522455, 9780521522458, p.1441929İzzət Oruczadə bədii filmdə rol alan ilk azərbaycanlı qadın aktrisa olur.1930Adilə Şahtaxtinskaya doktorat dərəcəsi əldə edən ilk azərbaycanlı qadın olur.1930Qəmər Salamzadə "Qızıl kol" filmini çəkib, Azərbaycanın ilk qadın kinorejissoru olur.1931Leyla Məmmədbəyova təyyarə ilə ilk uçuşunu edib, ilk azərbaycanlı qadın təyyarəçi olur.Bakı, Azərbaycan SSR, SSRİ1932İlk azərbaycanlı balet rəqqasəsi Qəmər Almaszadə "Şahsənəm"də debütünü edir.Bakı, Azərbaycan SSR, SSRİ1934Azərbaycan SSR-nin maarif üzrə xalq komissarı Ayna Sultanova ilk azərbaycanlı qadın kabinet naziri olur.1949Validə Tutayuq AMEA-ın ilk azərbaycanlı qadın üzvü olur.1964Səkinə Əliyeva Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Prezidiumunun Sədri olaraq ilk azərbaycanlı qadın parlament başçısı olur.Naxçıvan, Azərbaycan SSR, SSRİ2007Mənzər İsmayılova azərbaycanlı ilk qadın keşiş olur.Şəki, Azərbaycan2009Natəvan Mirvətova Azərbaycan Milli Təhlükəsizlik Nazirliyində üçüncü ən yüksək hərbi rütbəsi olan general-mayor rütbəsinə gətirilir. Bu rütbə Azərbaycanda qadına verilən ən yüksək hərbi rütbədir.Bakı, Azərbaycan

Ailə və nikah 2011-cu ildə Ailə Məcəlləsində qızların nikah yaşının 17-dən 18-ə qaldırılması ilə bağlı dəyişikliklər oldu. Yeniliyə əsasən, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Əmək İkinci Dünya müharibəsi qadınların əməyə daha geniş surətdə cəlb edilməsinə təkan verdi. Bir çox sahələrdə cəbhəyə gedən kişiləri qadınlar əvəz etdi. Həmin dövrdə Leyla Məmmədbəyova, Züleyxa Seyidməmmədova, Sona Nuriyeva kimi təyyarəçi, Şövkət Səlimova kimi qadın gəmi kapitanı yetişmişdi. Müharibə dövründə Azərbaycan qadınları ön cəbhədə mərdliklə döyüşmüş, arxa cəbhədə əmək rəşadəti, fədakarlıq nümayiş etdirmişlər.

2015-ci ildə Azərbaycan Respublikasının rəsmi statisikasına görə, sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil edib. Qadınlar "Ticarət; nəqliyyat vasitələrinin təmiri" fəaliyyəti sahəsində fərdi sahibkarların 39,6 faizini, "Digər sahələrdə xidmətlərin göstərilməsi"ndə 20,2 faizini, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq"da 17,7 faizini təşkil edir. Bu dövrdə müxtəlif biznes sahələrində — "Əli və Nino" kitab evinin rəhbəri Nigar Köçərli, Azərfon MMC-nin Strateji Marketinq Departamentinin rəhbəri Leyla Nəsrullayeva, Societe Generale Banking Group-un Azərbaycanda nümayəndəliyinin rəhbəri Teybə Quliyeva kimi xanımları qeyd etmək olar.

Təhsil