Azərbaycan Daxili Qoşunları — Azərbaycan Respublikası Prezidentinə tabe və Azərbaycan Silahlı Qüvvələrinə daxil olan hərbi birləşmədir. Azərbaycanın Daxili Qoşunları onlara həvalə olunmuş vəzifələri yerinə yetirən zaman şəxsiyyətin, cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların Konstitusiya hüquqlarını və azadlıqlarını cinayət və digər hüquqa zidd qəsdlərdən qoruyur.

Daxili Qoşunlarının hərbi qulluqçuları 1992–1994-cü illərdə baş verən 1-ci Qarabağ müharibəsində və 2020-ci ildə baş verən 2-ci Qarabağ müharibəsi savaşmışdılar.

Birinci Qarabağ müharibəsi zamanı Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur. 1992–1994-cü illərdə ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Vətən müharibəsi zamanı isə Daxili Qoşunların şəxsi heyəti Murov zirvəsinin, həmçinin Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 44 gün ərzində ümumi olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhid olmuşdur, 346 nəfər isə yaralanmışdır 1-i ölümündən sonra olmaqla isə 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür.

Daxili Qoşunların hazırda Azərbaycan ərazisində beş şəhərdə və doqquz rayonda hərbi hissələri mövcuddur. Həmçinin Daxili Qoşunların xüsusi təyinatlı hərbi qulluqçulardan (əsasən gizirlərdən və zabitlərdən) ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Hazırda ümumi olaraq Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur.

Daxili Qoşunların Komandanı 2013-cü il noyabrın 15-dən general-leytenant Şahin İsgəndər oğlu Məmmədovdur, Qərargah rəisi 2018-ci il fevralın 15-dən general-mayor Tofiq Vaqif oğlu Hüseynovdur, Şəxsi heyət üzrə İdarənin rəisi 2021-ci il dekabrın 29-dan general-mayor İnqilab Heydər oğlu Muradovdur, MTT İdarəsinin rəisi isə 2007-ci il aprelin 12-dən general-mayor Fəxrəddin Cavanşir oğlu Səmədovdur.

Yaradılması 1991-ci ilin sonlarında sabiq SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Biləcəri qəsəbəsi ərazisində yerləşən 5-ci diviziyası buraxılmışdır və heyəti ümumi olaraq 2 min 500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycanın Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Daxili Qoşunlar Biləcəri qəsəbəsində yerləşən hərbi hissəsinin əsasında yaradılmağa başlamışdır.

Daxili Qoşunların vəzifələri

Maddə 1. Mühüm dövlət obyektlərini, kommunikasiya qurğularını, xüsusi yükləri mühafizə edirlər; Maddə 2. Mühafizə olunan obyektlərdə və qurğularda qəzaların, yanğınların, təbii fəlakətlərin və buna bənzər başqa halların nəticələrinin ləğvində iştirak edirlər; Maddə 3. Mühafizə olunan əraziyə soxulmuş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər; Maddə 4. İslah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşısını almağa kömək göstərirlər; Maddə 5. Mühafizədən qaçmış məhkumların və həbs edilmiş şəxslərin axtarılmasında və tutulmasında iştirak edirlər; Maddə 6. Daxili İşlər Nazirliyinin maddi-texniki və hərbi təchizat idarələrinin anbarlarını və hərbi bazalarını mühafizə edirlər; Maddə 7. Digər daxili işlər orqanları ilə birlikdə şəhərlərdə və digər yaşayış məntəqələrində patrul-post xidməti vasitəsilə ictimai asayişin qorunmasında, habelə kütləvi tədbirlər keçirilərkən ictimai təhlükəsizliyin təmin olunmasında iştirak edirlər; Maddə 8. Qəzalar, bədbəxt hadisələr, yanğınlar, təbii fəlakətlər və başqa fövqəladə hallar zamanı, habelə fövqəladə vəziyyətin hüquqi rejimi təmin edilərkən adamların xilas edilməsi, sahibsiz qalmış əmlakın mühafizəsi, ictimai asayişin qorunması üçün təxirəsalınmaz tədbirlər görməkdə daxili işlər orqanlarına kömək göstərirlər; Maddə 9. Yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edirlər; Maddə 10. Zərurət olduqda Azərbaycan Respublikası ərazisinin müdafiəsində iştirak edirlər.

Tarixi

1-ci Qarabağ müharibəsi (1992–1994) 12 mart 1992-ci ildə Daxili Qoşunların Biləcəri qəsəbəsində, Sumqayıt və Gəncə şəhərlərində yerləşən "N" saylı hərbi hissələri erməni işğalçıları ilə döyüşə başlamış, Azərbaycanın ərazi bütövlü uğrunda əvvəlcə Ağdam rayonunun Papravənd, Qalayçılar, Maniklu, Baş Güneypəyə, Canyataq və Gülyataqda vuruşmuşlar.

Bu döyüşlərə qatılan Daxili Qoşunların hərbi qulluqçularından çavuş Hatəmxan Babayev, leytenant Rafiq İsmayılov və baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların birinci şəhidləri olmuşlar. Ağdam, Ağdərə və Füzuli rayonlarının yaşayış məntəqələri Daxili Qoşunların Ağdam alayınnın şəxsi heyəti tərəfindən azad edilmiş və müdafiə olunmuşdur.

Ümumi olaraq Birinci Qarabağ müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 680 nəfər şəhid olmuşdur, 5 nəfər itkin düşmüşdür, 1177 nəfər isə yaralanmışdır. 8-i ölümündən sonra olmaqla 9 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Daxili Qoşunların tərəqqi dövrü (1994–2000) Birinci Qarabağ müharibəsindən sonra Daxili Qoşunların müasir tələblərə cavab verən bir qüvvəyə çevrilməsi, hərbi qulluqçuların biliyinin və bacarıqlarının artırılması, təlim-tədris işinin müasir standartlara uyğunlaşdırılması, həmçinin beynəlxalq təcübənin öyrədilməsi məqsədilə bir çox xarici dövlətlərin müvafiq qurumları ilə münasibətlər qurulmuşdur. Daxili Qoşunlar Komandanlığı beynəlxalq əlaqələr çərçivəsində Türkiyə Jandarm Baş Komandanlığı ilə münasibətlərə daha çox önəm vermişdir.

1995-ci il iyunun 18-də Daxili Qoşunların Komandanı Ramiz Xosrov oğlu Məmmədov vəzifəsindən qovulmasından sonra Daxili Qoşuların Komandanlığına Elşən Lətif oğlu Kazımov gətirilmişdir. Onun rəhbərliyi altında 1997-ci il ohtyabrın 31-də "Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən təlim-təhsil və təchizat yardımına aid Sənəd" imzalanmışdır və bununla da Daxili Qoşunlarla Jandarm Baş Komandanlığı arasında qarşılıqlı hərbi münasibətlərin hüquqi əsasın qoyulmuşdur.

1997–2013-cü illər ərzində Daxili Qoşunların 400 nəfərdən çox hərbi qulluqçusu Jandarm Baş Komandanlığının, eləcə də Silahlı Qüvvələrin TTM-də təhsil proqramlarında olublar.

Bununla yanaşı, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Fransa Milli Jandarmeriyası, İtaliya Karabinerlər Korpusu, Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Çin Silahlı Milis Qüvvələri və digər dövlətlərin müvafiq qurumları ilə münasibətləri mövcuddur.

2-ci Qarabağ müharibəsi (2020) thumb|270x270px|alt=|Daxili Qoşunlarının xüsusi təyinatlıları 2018-ci ildə Azərbaycan Ordusunun 100-cü ildönümü münasibətilə baş tutan hərbi paradda|left 2020-ci il sentyabrın 27-də səhər saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədilmişdir və cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatnalar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulmuşdur, nəticədə ölənlər və yaralananlar olmuşdur. Bu barədə məlumat Azərbaycan Prezidenti İlham Əliyevə bildiriləndən sonra günorta saatlarında Ermənistan Silahlı Qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdir.

Hərbi əməliyyatlara Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstələri qatılmışdır.

Vətən müharibəsinin birinci saatlarında Murovdağ istiqamətində olan əlverişli nöqtələr, o cümlədən Murov zirvəsi işğaldan azad edilmişdir. Murovdağ döyüşləri zamanı "Pələng" və "Şahin" Xüsusi Təyinatlı Dəstələri savaşmışdır. Şəxsi heyətdən 7 hərbi qulluqçu Murovdağ döyüşlərində şəhid olmuşdur.

Müharibənin birinci həftələri ərzində ən şiddətli döyüşlər Cəbrayıl və Füzuli istiqamətlərində olmuşdur. "Bəbir", "Əqrəb" və "Kobra" Xüsusi Təyinatlı Dəstələri həm Cəbrayıl, həm də Füzuli istiqamətlərində gedən döyüşlərdə, "Gürzə" XTD yalnızca Füzuli, "Pələng" XTD isə yalnızca Cəbrayıl istiqamətlərində gedən döyüşlərdə savaşmışdır.

Cəbrayılın azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin Qrup Komandiri Türay Hüseynli şəhid olmuşdur. Cəbrayıl şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbərlərindən olan "Əqrəb" XTD Komandiri, mayor Ələsgər Muxtarov Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Vətən müharibəsi zamanı ən şiddətli döyüşlərin olduğu Füzuli istiqamətində Daxili Qoşunların "Bəbir", "Əqrəb", "Gürzə" və "Kobra" Xüsusi Təyinatlı Dəstələri savaşmışdır. Füzulinin azadlığı uğrunda gedən döyüşlər zamanı şəxsi heyətin 13 hərbi qulluqçusu, o cümlədən "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri, mayor Şixamir Qaflanov şəhid olmuşdur. O, ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilmişdir. Həmçinin Füzuli şəhərinin işğaldan azad edilməsində xidmətlərinə görə "Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin Komandiri Cavid Tağıyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Rəmzləri

Daxili Qoşunların Döyüş Bayrağı Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı Azərbaycan Prezidenti Heydər Əliyevin 11 mart 2002-ci il tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmişdir.

thumb|300x300px|alt=|2008-ci il iyulun 4-də daxili işlər naziri gen-pol. Ramil Usubov tərəfindən Daxili Qoşunların hərbi hissəsinə Döyüş Bayrağı təqdim olunan zaman Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı haqqında Əsasnamə:

Maddə 1. Azərbaycan Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Daxili Qoşunların hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etməyi, öz qanını və canını belə əsirgəmədən ou mərd və bacarıqla müdafiə eləməyi, qoşunlara həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını əzmlə yerinə yetirməyi, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırmatmaq üçündür. Maddə 2. Döyüş Bayrağı adı və nömrəsinin dəyişilməsindən asılı olmayaraq hərbi hissədə həmişə qalır. Hərbi hissənin adının və nömrəsinin dəyişdirilməsi Döyüş Bayrağı ilə birgə verilən Fərmana yazılır. Maddə 3. Döyüş Bayrağı hər vaxt öz hissəsində, döyüş meydanında isə hissənin döyüş əməliyyatları bölgəsində olmalıdır. Maddə 4.Hərbi hissənin bütün şəxsi heyəti Döyüş Bayrağını mərdcə qorumalı, onun düşmən tərəfindən götürülməsinə yol verməməlidir. Döyüş Bayrağı itiriləndə, Hərbi Hissənin Komandiri və məsul hərbi qulluqçular Azərbaycanın qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb olunmalı, hərbi hissə isə ləğv edilməlidir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağının Təsviri:

Maddə 1. Azərbaycan Daxili Qoşunlarının hərbi hissəsinin Döyüş Bayrağı qumaşdan, ağac dəstəyindən və qotazlı qaytandan ibarətdir. Maddə 2. Bayrağın qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir. Qıraqları üç tərəfdən qızılı rəngli ipəydən olan saçaqlarla höbələnmiş, üçrəngli (Azərbaycanın Dövlət Bayrağı rəngində) ipəydən olan faydan hazırlanmışdır. Maddə 3. Qumaşın üz tərəfindən qırmızı zolağın ortasında ağ ipəydən 38 sm hündürlüyündə aypara və 20 sm hündürlüyündə səkkizguşəli ulduz vardır. Qumaşın üst tərəfi boyu mavi zolaqda qızılı ipəylə "AZƏRBAYCAN UĞRUNDA!" şüarı yazılıb. Yazıda hərflərin hündürlüyü 6.5 sm-dir.