Yevgeni Aleksandroviç Morqunov (; d. 27 aprel 1927-ci il, Moskva, RSFSR — v. 25 iyun 1999-cu il, Moskva, RSFSR) — Sovet və Rusiya aktyoru və kinorejissoru, RSFSR-in əməkdar artisti (1978). Daha çox Leonid Qaydayın öz komediyalarında yaratdığı Qorxaq-Axmaq-Çoxbilmiş üçlüyündən Çoxbilmiş rolunun ifaçısı kimi tanınmışdır.

Həyatı

Yevgeni Aleksandroviç Morqunov 27 aprel 1927-ci ildə Moskvada anadan olmuşdur. Uşaqlığı ağır keçmişdir. 14 yaşından "Frezer" zavodunda çalışmağa başlamışdır. 1943-cü ildə yeniyetmə Morqunov Stalinə məktub yazır və ondan teatr məktəbinə qəbul olunmasını xahiş edir. Məktubun cavabı müsbət olur və Morqunov həqiqətən Tairov adına teatr məktəbinə qəbul olur. Düz bir il orada təhsil alandan sonra ÜDKİ-yə gedir və Sergey Gerasimovun aktyor kursuna daxil olur. 1948-ci ildə oranı bitirir və 1948-1951-ci illərdə "Kinoaktyor teatr-studiyası"nda çalışır. Sonradan 2 illik oradan çıxsa da, yenidən qayıtmalı olur.

İlk aktyor işi Morqunovu hər kəsə tanıtdı. 1948-ci ildə çəkilmiş "Gənc qvardiya" filmində çəkilən Morqunov ictimaiyyət tərəfindən yaxşı qarşılanır. Filmin rejissoru Sergey Gerasimov idi.

Ötən əsrin 50-ci illərində də bir çox müxtəlif filmlərdə rol alan Morqunovu geniş xalq kütləsi Çoxbilmiş obrazı ilə tanıdı və sevdi. Bu surət rejissor Leonid Qaydayın "Araq çəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış", ""I" əməliyyatı və Şurikin başqa macəraları" və "Qafqaz əsiri" filmlərinin obrazı idi.

Yevgeni Morqunov özünü rejissor kimi də sınamışdı. O, 1963-cü ildə Mixail Şoloxovun əsəri əsasında "Kazaklar ağlayanda" ekran nümunəsini yaratmışdır.

"Qafqaz əsiri" filminin çəkilişləri zamanı Y. Morqunov və L. Qayday arasında münaqişə baş vermişdi . Səbəb aktyorun özünü, öz ciddiliyi ilə seçilən rejissora qarşı olduqca sərbəst aparması idi. Bu fakt Yevgeni Morqunovun gələcək karyerasına olduqca ciddi təsir edir. 1970-1980-ci illər ərzində aktyor demək olar ki, kinoda çəkilmir. Çəkilsə belə, bu – epizodik rollar olur...

Aktyor uzun illər şəkərli diabetdən əziyyət çəkməsinə baxmayaraq, alkoqolu bir kənara qoymur. Və bu Morqunova 2 infarkt, eləcə də insult gətirir. Beləcə, Yevgeni Morqunov 25 iyun 1999-cu ildə vəfat edir.

Filmoqrafiya

Aktyor kimi

İl Azərbaycanca adı Orijinal adı Rol1944 Müharibədən sonra axşam saat 6-da artilleriyaçı1944 Gündüzlər və gecələr əsgər1944 217 saylı insan 204 saylı məhbus1945 Bu Donbassda baş verib gizli siyasi iş aparan1948 Gənc qvardiya Staxoviç1949 Onların Vətəni var komendant1950 Don şaxtaçıları Qorovoyun oğlu1950 Məhkumların sui-qəsdi hərbçi1950 Gizli tapşırıq Amerika əsgəri1950 Cəsarətli insanlar Hofman1951 Unudulmaz 1919-cu il anarxiyaçı dənizçi1953 Düşmənləri havaya sovur anarxiyaçı1954 "Pəhləvan" Martoya gedir Hemfri1954 Gəmi komandiri Maxotin1955 Ana jandarm1955 Meksikalı Maykl1955 Otello epizod1956 Pavel Korçagin epizod1956 İlk sevinclər sanitar1956 Şair poeziya axşamındakı tamaşaçı1957 Parla, mənim şəfəqim Krutikov1957 Trubaçyovun dəstəsi döyüşür alman denşiki1957 Tufanla doğulanlar Kobılski1957 Keçmişin səhifələri jandarm1958 Əsgərlər keçdi... generalın yavəri1959 Bəyaz gecələr keşikçi1959 Vasili Surikov komendant1959 İnsanın taleyi kök alman əsgəri1960 Yevgeniya Qrande çəlləkçi1960 Dirilmə epizod1961 Al yelkənlər onbaşı1961 İki həyatı Krasavin1961 Balaca utanmaz epizod1961 Köpək Barbos və qeyri-adi qaçış Çoxbilmiş1961 Araq çəkənlər Çoxbilmiş1961 Heç yerdən olmayan adam aşpaz1963 Sırıqlı yollar milis patrulu1964 Görüşənədək, uşaqlar! uşaqlı adam1964 İtirilmiş vaxt haqqında nağıl "Moskviç"in sahibi1964 İstəyirsizin inanın, istəmirsiniz yox... restorandakı həmsöhbət1965 Şikayət kitabını verin geyim mağazasının direktoru1965 "I" əməliyyatı və Şurikin başqa macəraları Çoxbilmiş1966 Üç gombul gombul1966 Qafqaz əsiri və ya Şurikin yeni macəraları Çoxbilmiş1967 Dəniz hekayələri müğənni1968 Yeddi qoca və bir qız Çoxbilmiş1969 Qaçırılma Morqunov1969 Köhnə tanış kapitan1972 İlf və Petrov tramvayda gediblər oğru1975 Sirkdə sirk Kolya1976 Şən yuxugörmə və ya gülüş və göz yaşları Tuz Pik1976 Sehrli fonar şerif, polismen, qonşu, sərhədçi1977 Risk alicənab işdir kameo1979 Necə istəsən, elə də başa düş mehmanxana restoranındakı aşpaz1980 Çoxdan keçmiş günlərin komediyası Çoxbilmiş1982 Gözləmirdik, güman etmirdik! qonşu1982 Pokrov darvazası şair Soyev1982 Sadəcə dəhşət keçinin sahibi1986 Sosnovkada premyera vilayət teatrının rejissoru1986 Yaxşı oturmuşuq! futbol hakimi1987 Başqa hökmlərdən daha güclü Qolisının qayınatası1990 Superment 1991 Bataqlıq street və ya seks əleyhinə vasitə mənzil sahibi1991 Hərəkət elə, Manya! kinorejissor1992 Arvadbaz 2 ekstrasens1992 Tabutda atəş polkovnik / Kovbasyuk1992 Cənab artistlər memar1992 Yeni Odeon Bloxin1993 İgid oğlanlar mayor İvan Karas1993 Ailəmin xəzinəsi 1994 Yəqin vals oynayanlardır 1995 Bulvarda sevgi macərası qubernator1998 Cənnət alması Vsevolod İvanoviç Tyubikov

Rejissor kimi

İl Azərbaycanca adı Orijinal adı Filmdə iştirakı Filmin növü1963 Kazaklar ağlayanda rejissor Qısametrajlı bədii film

İstinadlar .

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 277. peoples.ru Могила на Кунцевском кладбище, уч. 10

Xarici keçidlər

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun məzunları Kateqoriya:Moskvada doğulanlar Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:İnsultdan vəfat edənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Əmək veteranı" medalı ilə təltif edilənlər Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları