Propan, C3H8 — Alkanlar sinfindən üzvi maddə. Təbii qazın tərkibində mövcuddur və neft məhsullarının parçalanması zamanı əmələ gəlir. Zəhərlidir.

Fiziki xassələri Propan rəngsiz, iysiz qazdır. Suda çox az miqdarda həll olur. Qaynama temperaturu −42,1 °S. Buxar konsetntratları 2,1%-dən 9,5%-ə qədər olan hava ilə qatışığı partlayış təhlükəsi yaradır.

0,1 MPa təzyiqdə (760 mm c.süt.) öz-özünə yanma temperaturu 466°S-dir.

Kimyəvi xassələri Alkan sırasının digər nümayəndələri ilə eyni kimyəvi xassələrə malikdir (dehidridləşmə və s.).

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Neft məhsulları Kateqoriya:Alkanlar Kateqoriya:Təbii qaz