Samir Xəlil oğlu Zülfüqarov () — Azərbaycanın Milli Qəhrəmanı, Mart hadisələri şəhidi.
Həyatı Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Dəvəçi rayonunun Ağbaş qəsəbəsində anadan olub. 8-ci sinfə qədər təhsil alıb. Ailə vəziyyəti ağır olduğu üçün, təhsili yarımçıq qoyaraq atası ilə bərabər işləyib, ailələrinə dayaq olub. Subay idi.
1994-cü ilin avqustunda Dəvəçi Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və Milli Ordu sıralarına həqiqi hərbi xidmətə göndərilib.
Xızı rayonunun Yaşma qəsəbəsində yerləşən hərbi hissədə xidmət edib. 1995-ci ilin 12–18 martında baş verən dövlət çevrilişinə cəhd zamanı silahlı dəstələrin zərərsizləşdirilməsi əməliyyatlarına göndərilir. Martın 17-də Nizami rayonunda Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) qərargahının yaxınlığına baş verən silahlı toqquşma zamanı şəhid olub. Dəvəçi rayonunun Ağbaş qəsəbəsində dəfn olunub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 4 aprel 1995-ci il tarixli 307 nömrəli Fərmanı ilə Samir Xəlil oğly Zülfüqarova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
İstinadlar
Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar