Mirça Rednik — Rumıniyalı futbol mütəxəssisi
Həyatı Mirça Rednik 1962-ci il aprelin 9-da Rumuniyanın Hunedoara bölgəsində anadan olub.
Futbolçu karyerası 21 illik (1979-2000, 555 oyun, 32 qol) futbol karyerası boyu müdafiəçi mövqeyində çıxış edən Rednik vətənində Buxarestin "Dinamo", "Rapid", Türkiyədə "Bursaspor", Belçikada "Standard" kimi klublarda oynayıb. O, bu müddətdə Rumıniyada 3 dəfə ölkə çempionluğu, 4 dəfə ölkə kuboku, 1 dəfə Superkubok, 1 dəfə isə Belçikada ölkə kubokunu qazanıb. Rednik Rumıniya yığmasında çıxış etdiyi 10 ildə (1981-1991) 83 oyuna 2 qol vurub.
Məşqçilik karyerası Məşqçilik karyerasına 2000-ci ildə "Rapid"də başlayan Rednik 3 müxtəlif vaxtda (2002, 2002-2003, 2007-08) onu çalışdırıb. O, vətənində "Bakeu" (2001), "Universitatya" (2004-05), "Vasluy" (2005), "Dinamo" klubuna (2006-07, 2008-09) da rəhbərlik edib. Rednikin ölkə xaricində məşqçilik fəaliyyəti Səudiyyə Ərəbistanın "Əl-Nəsr" (2004), Rusiyanın "Alaniya" klubu (2009) ilə bağlı olub. Son iş yeri Rusiya çempionatının birinci divizionunda Vladiqafqaz təmsilçisində olan rumıniyalı çəmi üç ay (avqustdan noyabra kimi) işləyib. Rednik məşqçi kimi hərəyə iki dəfə Rumıniya çempionluğu və kuboku, üç dəfə ölkə Superkubokunu, habelə Dəməşq Beynəlxalq Kubokunu qazanıb. 2010-cu ildə Xəzər Lənkəran FK komandası ilə Azərbaycan çempionatının gümüş medallarını və ölkə Kubokunu qazanıb.
Mənbə "Xəzər-Lənkəran" klubunun yeni baş məşqçisi rumıniyalı oldu
Kateqoriya:Rumıniya futbolçuları Kateqoriya:Xəzər-Lənkəran FK-nın baş məşqçiləri Kateqoriya:Rumıniyanın kişi futbolçuları Kateqoriya:Bursaspor futbolçuları Kateqoriya:Legioner Rumıniya futbolçuları Kateqoriya:1990 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Rumıniya Liqa 1 futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Standard Lyej FK məşqçiləri Kateqoriya:Alaniya FK məşqçiləri Kateqoriya:Rumıniya futbol məşqçiləri Kateqoriya:Rumıniya milli futbol komandasının oyunçuları Kateqoriya:Dinamo Buxarest FK futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası məşqçiləri