Qaranuy — Azərbaycan Respublikasının Şəmkir rayonunun Dəllər Cırdaxan kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Azərbaycan toponimlərinı 17 oğuz etnonimi geniş əksini tapmışdır (əfşar, kayır, karıq, bayat, eymur, iva, karkin, çuvaldar, bayandur, bektili, dügər, qaranüylü, xələc, kəndli, karabotik, çepni və salur). Qaranuy, yaşayış məntəqəsi kimi hələ XVIII əsrin əvvəllərindən mövcud olmuşdur. 1926-ci ilə aid olan və SSRİ dövründə hazırlanmış xəritədə kənd Karaküylü adı ilə göstərilmişdir.

Qaranuy adının mənası

Qaranüy adındaki

"Qara"- Türk millətində qara rəng Güc, qüvvət, cəsarət, ciddi mövqe, qorxu salma kimi mənalar verir

"Nüy"- Bölgə yer, yaşayış məskəni

Nəticədə "Qaranüy" kəndinin adının menası "Güclü yer, bölgə" kimi düşünülür.

Coğrafiyası Dəllər dəmiryolu stansiyasından 7 kilometr şimalda, Gəncə–Qazax düzənliyində Kür çayının yaxınlığında olan ərazidə yerləşir.

Təhsili 9 illik təhsil sisteminə aid olan T.Əliyev adına orta məktəb əhalinin xidmətindədir.

Əhalisi Əhalisi 870 nəfərdir.

İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.

İstinadlar

Kateqoriya:Şəmkir rayonunun kəndləri