Tokyo Hotel (əvvəldən "Devilish") — 2001-ci ildə Maqdeburqda Bill Kaulitz və onun əkiz qardaşı Tom Kaulitz tərəfindən yaradılmış məşhur alman pop-rok qrupu.
İlk albomu "Schrei" 2005-ci ildə çıxardı. İlk sinqlləri "Durch dan Monsoon" çıxdıqdan sonra sürətli bir şəkildə adını eşitdirdi. 20 avqustda alman musiqi siyahılarında 15-ci olaraq özünü göstərdi və 26 avqustda Avstriya musiqi siyahılarında 1-ci oldu. İkinci sinqlləri "Schrei", alman siyahılarında 5-ciliyə yüksəldi. 2006-cı ilin əvvəllərində, üçüncü sinqlləri "Rette Mich" çıxdı və siyahılarda 1-ci oldu. Yeni sinqlləri "Übers Endə der Welt" 26 fevral 2007-ci ildə çıxdı və o da siyahılarda 1-ci oldu. Yeni albomları "Zimmer 483" turunun mart ayında başladılması düşünülürdü, ancaq iki həftə gecikdirildi. Çünki qrup yeni bir səhnə istifadə etmək istəmişdi.
Albomları "Devilish" adı ilə: «Devilish» (2001)
"Tokio Hotel" adı ilə: «Schrei» (2007) «Schrei — so laut du kannst» (2006) «Zimmer 483» (2007) «Scream» (2007) «Humanoid» (2009) «Best Of» (2010)
Kateqoriya:Almaniya musiqi qrupları Kateqoriya:2001-ci ildə yaranan musiqi qrupları Kateqoriya:Kvartetlər Kateqoriya:Almaniya rok-qrupları Kateqoriya:2001-ci ildə Almaniyada yarananlar