Famil İsgəndər oğlu İsgəndərov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi iştirakçısı, Mart hadisələri şəhidi.

Həyatı 15 may 1975-ci ildə Bakı şəhərində doğulmuşdur. 1991-ci ildə 157 saylı orta məktəbi bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 6 ay gəmi təmiri zavodunda işləyib. 1993-cü ildə Milli Ordu sıralarına çağırılmışdır. Oxuduğu 157 saylı orta məktəb hazırda onun adını daşıyır.

Ailəsi Subay idi.

Hərbi xidməti Famil İsgəndərov 1993-cü ildə Milli Ordu sıralarına çağırılıb. O, 6 ay Qusar rayonundakı hərbi hissədə təlim keçdikdən sonra cəbhə bölgəsinə göndərilib.

Döyüşlərdə iştirakı Famil Ağdərə və Tərtər döyüşlərində iştirak etmiş, Murovdağın geri qaytarılması zamanı ayağından yaralanır. Müalicədən sonra isə "N" saylı hərbi hissədə xidmətini davam etdirir. 1995-ci il 13–17 mart hadisələri zamanı silahlı dəstənin zərərsizləşdirilməsi zamanı döyüşçü dostlarını xilas edərkən baş nahiyəsindən ağır yaralanaraq həlak olub. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Təltifləri Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Famil İsgəndər oğlu İsgəndərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

50px (4 aprel 1995) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

Xatirəsi Oxuduğu 157 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır, məktəbdə büstü qoyulub. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub. Dağıstan Muxtar Respublikasının Qasımkənd rayonu Uluqadağ kəndindəki məktəb də Famil İsgəndərovun adını daşıyır.

Ədəbiyyat Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 142.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar