Hadisələr Azərbaycan Respublikasında "Turizm ili""Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli, 1320 nömrəli Sərəncamı. e-qanun.az . 1 yanvar Estoniya avro pul vahidinə keçir, Avro Bölgəsinin 17-ci üzvü olur. Macarıstan Avropa Birliyi Şurasının sədri oldu. 3 yanvar Arnold Şvartsenegger Kaliforniya ştatın qubernator yerini buraxıb. 4 aprel — Cartoon Network (Türkiyə) Loqosunu dəyişmişdir. 11 fevral – Misirdə uzun sürən etirazlardan sonra ölkə prezidenti Hüsnü Mübarək istefa verir. 11 mart – Yaponiyada 8.9 bal gücündə dağıdıcı zəlzələ baş verir. Zəlzələ nəticəsində sunami fəlakəti yaşanır, Fukusima atom stansiyasında qəza baş verir. 15 sentyabr — Moskvada Müslüm Maqomayevin Mədəni-Musiqi İrsi Fondunun dəstəyilə hazırlanmış Müslüm Maqomayevin abidəsinin təntənəli açılış mərasimi olmuşdur 24 oktyabr — Azərbaycan Respublikası ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. 31 oktyabr — Dünya əhalisinin sayı 7 milyard olmuşdur. 14 fevral – saat 21:00-da Azərbaycanın yeni televiziya kanalı olan "Mədəniyyət" kanalı işə başlamışdır. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında strateji enerji əməkdaşlığına dair memorandum imzalanması. 2011-ci il Hindistan iğtişaşları

Doğumlar

Ölümlər 23 yanvar – Valid Sənani – jurnalist 1 fevral – Rüfət Mehdiyev – müğənni 10 yanvar- Məşədibaba-Azərbaycanlı qəzəlxan,meyxanaçı 4 mart – Elçin Həmidov – Azərbaycan aktyoru. 23 mart – Elizabet Teylor – məşhur Hollivud aktrisası. 30 mart – Lüdmila Qurçenko – Sovet və rus aktrisası, estrada müğənnisi. 9 aprel – Sidni Lümet – Hollivud kino rejissoru, ssenarist, prodüser, aktyor. 11 aprel – Yakov Kostyukovski – Sovet dramaturqu və ssenaristi. 23 aprel – Anar Məmmədxanov – Azərbaycanın ictimai xadimi, millət vəkili. 3 may – Ceki Kuper – Amerika aktyoru, televiziya rejissoru və prodüseri. 12 may – Vaqif İbrahimoğlu – Azərbaycanın novator teatr rejissoru. 9 iyun – Pavel Vinnik – Sovet və Rusiya aktyoru. 23 iyun – Piter Falk – Amerika aktyoru. 29 iyun – Kamil Nəcəfzadə – Azərbaycan kino rəssamı. 23 iyul – Emi Vaynhauz – britaniyalı musiqiçi və bəstəkar. 28 sentyabr – Alfredo Pyeroni, İtalyan jurnalist, müəllif və siyasi Müsahib idi. 29 sentyabr – Tatyana Lioznova – Sovet və Rusiya kinorejissoru. 24 noyabr – Elxan Qurbanov – Azərbaycan aktyoru. 14 dekabr – Qədir Rüstəmov – Azərbaycanın xalq artisti, xanəndə. 16 dekabr – Firəngiz Əhmədova – Azərbaycan müğənnisi. 24 dekabr – Yohannes Hesters – tanınmış aktyor və estrada müğənnisi. 13 iyul - Yaşar Səlimov - fizika-riyaziyyat elmləri doktoru (1988), professor (1989). 5 aprel — Barux Semyuel Blamberq,  Amerika həkimi, genetik, Nobel mükafatı laureatı.

İstinadlar