Azərbaycan — 2010-ci ildə Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında. Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 12 idmançı ilə 7 idman növündə təmsil olundu.

Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov (qızıl), Elman Muxtarov (qızıl), Patimat Bəhəmmədova (qızıl), Əli Məhəmmədəbirov (qızıl) və Kənan Quliyev (gümüş), ağır atlet Nicat Rəhimov (qızıl), boksçular Salman Əlizadə (gümüş) və Elvin İsayev (gümüş) medala sahib oldu.

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında 5 qızıl və 3 gümüş medala sahib olan Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 11-ci pillədə, medalların sayına görə isə 18-ci pillədə qərarlaşdı.

Medalçıların siyahısı Azərbaycan Milli Olimpiya Komandası Yeniyetmələrin I Yay Olimpiya Oyunlarını 8 medalla (5 qızıl və 3 gümüş) başa vurdu. Komandanın heyətində güləşçilər Murad Bazarov, Elman Muxtarov, Patimat Bəhəmmədova və Əli Məhəmmədəbirov, həmçinin ağır atlet Nicat Rəhimov Olimpiadanın qalib oldu.

MedalMedalçıİdman növüYarışTarix25x25pxMurad BazarovGüləşOğlanlar, yunan-roma, -42 Kq.15 avqust25x25pxElman MuxtarovGüləşOğlanlar, yunan-roma, -50 Kq.15 avqust25x25pxPatimat BəhəmmədovaGüləşQızlar, sərbəst, -52 Kq.16 avqust25x25pxNicat RəhimovAğır atletkaOğlanlar, -69 Kq.17 avqust25x25pxƏli MəhəmmədəbirovGüləşOğlanlar, sərbəst, -100 Kq.17 avqust25x25pxKənan QuliyevGüləşOğlanlar, sərbəst, -54 Kq.17 avqust25x25pxSalman ƏlizadəBoksOğlanlar, -48 Kq.25 avqust25x25pxElvin İsayevBoksOğlanlar, -57 Kq.25 avqust

İdman növləri üzrə medal sıralanması #İdman növü18x18px18x18px18x18px1.Güləş4102.Ağır atletika1003.Boks020

Nəticələri Ağır atletika thumb|286x286px|alt=|Nicat Rəhimov Azərbaycanın idman tarixinə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi olan birinci ağır atlet olaraq düşdü

DNF — bitirmədi

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında ağır atletlərin turnirlərində Azərbaycanı bir idmançı təmsil etdi: Nicat Rəhimov. Nicat Rəhimov 2010-cu ildə Valensiya şəhərində (İspaniya) baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən Sinqapur Olimpiadasına vəsiqə qazandı.

Oğlanların turnirində mübarizə aparan Nicat Rəhimov birdən qaldırma turnirində əvvəlcə 125 кiloqramlıq, sonra isə 130 кiloqramlıq ştanqın öhdəsindən gəldi. Sonuncu cəhdində isə Nicat Rəhimov 134 кiloqramlıq ştanqı qaldıra bildi və bu mərhələni birinci pillədə başa vurdu. Təjanla qaldırmada isə Nicat Rəhimov birinci cəhdində 154 кiloqramlıq ştanqın öhdəsindən gələ bildi. Növbəti cəhdində 161 кiloqramlıq ştanqı qaldıra bilsə də, üçüncü cəhdində 166 кiloqramlıq ştanqın öhdəsindən gələ bilmədi. Bununla belə Nicat Rəhimov ümumi nəticədə 295 кiloqram nəticə göstərdi və Sinqapur Olimpiadasının qızıl medalına sahib oldu.

İdmançıYarışBirdən qaldırmaTəkanla qaldırmaÜmumiYerNəticəNəticəNicat RəhimovOğlanlar, -69 Kq.12513013413415416116616129525x25px

Boks

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında bu idman növü üzrə turnirlərdə Azərbaycanı üç idmançı təmsil etdi: Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev. 2010-cu ilin mayında Azərbaycandə baş tutan yeniyetmələr arasında Dünya Çempionatının nəticələrinə əsasən Salman Əlizadə, Şaban Şahpələngov və Elvin İsayev Sinqapur Olimpiadasına vəsiqə qazandı. Salman Əlizadə və Şaban Şahpələngov yeniyetmələr arasında Dünya Çempionatının qalibi idilər.

Salman Əlizadə yarım-final mərhələsində Sinqapur nümayəndəsi Mohd Həmid ilə üz-üzə gəldi. Həmin görüşdə Salman Əlizadə rəqibinə 10:1 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə isə onun rəqibi İrlandiya nümayəndəsi Ryan Burnet oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Salman Əlizadə rəqibinə 6:14 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

Yeniyetmələr arasında Dünya Çempionatının qalibi olan Şaban Şahpələngov isə Sinqapur Olimpiadasında birinci görşündə Misir nümayəndəsi Heşam Abdeləziza 4:8 hesabı ilə məğlub oldu və mübarəzini beşinci pillə uğrunda görüşdə davam etdi. Bu görüşdə isə Şaban Şahpələngov Rusiya nümayəndəsi Vasili Vehina 8:11 hesabı ilə məğlub oldu və Sinqapur Olimpiadasını altıncı pillədə başa vurdu.

Elvin İsayev isə Sinqapur Olimpiadasında birinci görüşündə Monqolustan nümayəndəsi Anand Daşdorj ilə üz-üzə gəldi. Nəticədə Elvin İsayev rəqibinə 14:2 hesabı ilə qalib gəldi və yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Fradimil Masayo oldu. Həmin görüşdə Elvin İsayev 10:6 hesabı ilə qalib gəldi və Sinqapur Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Artur Bril oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Elvin İsayev rəqibinə 4:11 hesabı ilə məğlub oldu və Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

İdmançıYarış1/4 final1/2 finalFinal / YerSalman Əlizadə -48 Kq.N/A Həmid Qəl. RSC Burnet Məğ. 6:1425x25pxŞaban Şahpələngov -51 Kq. Abdelal Məğ. 4:8N/A Vethin Məğ. RSC6Elvin İsayev -57 Kq. Daşdorj Qəl. 14:2 Macayo Qəl. 10:6 Bril Məğ. 4:1125x25px

Cüdo

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında cüdo idman növü üzrə turnirlərdə Azərbaycanı bir idmançı təmsil etdi: Cəlil Cəlilov.

Cəlil Cəlilov Sinqapur Olimpiadasının 1/8 final mərhələsində Andorra nümayəndəsi Patris Ferreyra Martinsa ipponla qalib gəlsə də, 1/4 final mərhələsində ABŞ nümayəndəsi Maxamillian Şneyrera ipponla məğlub oldu və mübarizəsini təsəlliverici qrupda davam etdi. Təsəlliverici qrupun birinci görüşündəcə Cəlil Cəlilov Danimarka nümayəndəsi Fus Kaiya məğlub oldu və turniri medalsız başa vurdu.

İdmançıYarış1/8 final1/4 final1/2 finalTəsəlliverici qrupFinal / Yer1-ci görüş2-ci görüş3-cü görüşCəlil CəlilovOğlanlar, -66 Kq. Martins Qəl. 100:000 Şneyder Məğ. 000:111N/A Kai Məğ. 000:010N/A

Güləş

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu Q — növbəti mərhələyə adladı

Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında güləş idman növü üzrə turnirlərdə Azərbaycanı beş idmançı təmsil etdi: Murad Bazarov, Elman Muxtarov, Kənan Quliyev, Əli Məhəmmədəbirov və Patimat Bəhəmmədova.

Avqustun 14-də yunan-roma güləşində Murad Bazarov və Elman Muxtarov mübarizə apardı. -42 Kq. turnirində mübarizə aparan Murad Bazarov qrup mərhələsinin birinci görüşdə Ukrayna nümayəndəsi Olehsey Jabshi ilə üz-üzə gəldi. Həmin görüşdə Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (7:0, 4:0). Növbəti görüşdə isə onun rəqibi Ekvador nümayəndəsi Henri Pilay oldu. Bu görüşdə də Murad Bazarov rəqibinə qalib gəldi — 2:0 (1:0, 3:0). Bununla da Murad Bazarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Yosvanis Pena Flores oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Murad Bazarov oldu — 2:0 (2:0, 1:0). Bununla da Murad Bazarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.

-50 Kq. turnirində mübarizə aparan Elman Muxtarov qrup mərhələsinin birinci görüşdə Belarus nümayəndəsi Andrey Pihazu ilə üz-üzə gəldi. Həmin görüşdə Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (3:0, 3:0). Növbəti görüşdə isə onun rəqibi Kuba nümayəndəsi Yohan Rodriqez Banqela oldu. Bu görüşdə də Elman Muxtarov rəqibinə qalib gəldi — 2:0 (2:0, 5:1). Bununla da Elman Muxtarov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Özbəkistan nümayəndəsi Nurbəy Haqqulov oldu. Final görüşündə də qalib gələn tərəf Elman Muxtarov oldu — 2:0 (3:0, 4:0). Bununla da Elman Muxtarov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Nəticədə yunan-roma güləşi üzrə Azərbaycan yığması Sinqapur Olimpiadasını 2 qızıl medalla başa vurdu və 100 faizlıq nəticə göstərdi.

Avqustun 15-də qadın güləşində Patimat Bəhəmmədova mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı. Qrup mərhələsinin sonuncu görüşündə isə Patimat Bəhəmmədova Quam nümayəndəsi Arianna Estaquo ilə üz-üzə gəldi və rəqibinə 2:0 (6:0, 7:0) hesabı ilə qalib gəldi. Bununla da Patimat Bəhəmmədova qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Çin nümayəndəsi Yuan Yuan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə də qalib gələn tərəf Patimat Bəhəmmədova oldu — 2:0 (4:2, 1:1). Bununla da Patimat Bəhəmmədova Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.

Avqustun 17-də sərbəst güləşdə Kənan Quliyev və Əli Məhəmmədəbirov mübarizə apardı. -54 Kq. turnirində mübarizə aparan Kənan Quliyev qrup mərhələsinin birinci görüşdə Kolumbiya nümayəndəsi Yerzon Hernandez ilə üz-üzə gəldi. Həmin görüşdə Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (5:0, 2:1). Növbəti görüşdə isə onun rəqibi Sinqapur nümayəndəsi Kester Çun Yu Lun oldu. Bu görüşdə də Kənan Quliyev rəqibinə qalib gəldi — 2:0 (6:0, 7:0). Qrup mərhələsinin üçüncü görüşündə Kənan Quliyev Avstraliya nümayəndəsi Cayden Lavrense üzərində təmiz qələbə qazandı. Bununla da Kənan Quliyev qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Yaponiya nümayəndəsi Yuhi Tahahaşi oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan final görüşündə qalib gələn tərəf Yuhi Tahahaşi oldu — 2:0 (4:0, 4:0). Bununla da Kənan Quliyev Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

-100 Kq. turnirində mübarizə aparan Əli Məhəmmədəbirov qrup mərhələsinin birinci görüşdə Monqolustan nümayəndəsi Oyunbold Enxtuqs ilə üz-üzə gəldi. Həmin görüşdə Əli Məhəmmədəbirov rəqibinə qalib gəldi — 2:0 (1:0, 2:1). Növbəti görüşdə isə onun rəqibi Gürcüstan nümayəndəsi Qeno Petriaşvili oldu. Bu görüşdə də Əli Məhəmmədəbirov rəqibinə qalib gəldi — 2:0 (2:0, 3:0). Qrup mərhələsinin sonuncu görüşündə Əli Məhəmmədəbirov Amerika Samoası nümayəndəsi Manolefoaqa üzərində təmiz qələbə qazandı. Bununla da Əli Məhəmmədəbirov qrup mərhələsini birinci pillədə başa vurdu və Sinqapur Olimpiadasının final görüşnə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Kuba nümayəndəsi Abraham Ruano oldu. Final görüşündə də qalib gələn tərəf Əli Məhəmmədəbirov oldu — 2:0 (1:0, 1:0). Bununla da[Əli Məhəmmədəbirov Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Nəticədə güləş üzrə Azərbaycan yığması Sinqapur Olimpiadasını dörd qızıl və bir gümüş medalla başa vurdu və qeyri-rəsmi medal sıralanmasında birinci pillədə qərarlaşdı.

İdmançıYarışQrup mərhələsiFinal / Yer1-ci görüş2-ci görüş3-cü görüşYerYunan-roma güləşMurad Bazarov -42 Kq.N/A Jabshi Qəl. 2:0 Pilay Qəl. 2:01 Q Flores Qəl. 2:025x25pxElman Muxtarov -50 Kq.N/A Pihuza Qəl. 2:0 Bunqela Qəl. 2:01 Q Haqqulov Qəl. 2:025x25pxSərbəst güləşiKənan Quliyev -54 Kq. Hernandez Qəl. 2:0 Yu Lun Qəl. 2:0 Lavrense Qəl. 1:01 Q Tahahaşi Məğ. 0:225x25pxƏli Məhəmmədəbirov -100 Kq. Enxtuqs Qəl. 2:0 Petriaşvili Qəl. 2:0 Sualevai Qəl. 1:01 Q Ruano Qəl. 2:025x25pxQadın güləşiPatimat Bəhəmmədova -52 Kq. Azzuz Qəl. 2:0 Qadayeva Qəl. 1:0 Estaqio Qəl. 2:01 Q Yuan Qəl. 2:025x25px

Kanoe slalom

Qəl. — qalib gəldi Məğ. — məğlub oldu