Mollalar — Azərbaycan Respublikasının Ağdam rayonunun Əlimədətli kənd inzibati ərazi dairəsində kənd.
Əhalisi Kənd əhalisi heyvandarlıq, qoyunçuluq, üzümçülük, bağçılıq və digər sahələrlə məşğul olmuşdur.
İqlimi və coğrafiyası Kəndin iqlimi mülayim-istidir.
Kəndin ətrafı sıra dağlarla əhatələnmişdir.
Mollalar ərazisində duru və sərin bulaqlar mövcuddur.
Burada dağ-bozqır bitkiləri (kəklikotu), bodur otu və s. geniş yayılmışdır.
İşğalı və azad olunması Kənd 1993-ci il iyunun 15-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur.
İşğal edildikdən sonra kəndin adı dəyişdirilərək "Nor Aygestan" adlandırılmış və buranın gözəl təbiəti olduğu üçün buraya əvvəllər Ağdərənin "Çaylı" kəndində yaşayan Ermənilər köçürülmüşdür.
2020-ci il 10 noyabr kapitulyasiyasına əsasən Ermənistanın Ağdam rayonunu Azərbayacana təhvil verməsindən sonra bu kənd də 20 noyabr 2020-ci ildə öz azadlığına qovuşdu.
Tarixi Mollalar kəndinin oykonimi "mollalar nəslinə mənsub olanlar" mənasındadır.
İstinadlar
Kateqoriya:Ağdam rayonunun kəndləri Kateqoriya:Əhalisi olmayan yaşayış məntəqələri