Nizami Məmmədov () — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.

Həyatı 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. N.Gəncəvi adına 4 saylı məktəbi bitirdikdən sonra 1975–1977-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuşdur. 1988-ci illərdə erməni millətçiləri azərbaycanlıları doğma el-obalarından qovarkən o, əhalinin təhlükəsizliyini təmin edirdi. Polis zabiti Nizami daha sonra Şuşaya köçür və burada işini davam etdirir.

Döyüşlərdə iştirakı Nizami Məmmədov özünümüdafiə batalyonlarına silah–sursat çatdırılmasında iştirak edir, döyüşlərə atılırdı. Nizami Daşaltı, Malıbəyli, Qaladərəsi kimi mühüm əməliyyatlarda iştirak etmiş erməni basqınçılarına öz gücünü göstərmişdi. 1992-ci il 29 mart snayper gülləsi onun arzularla dolu qəlbini susdurdu. Vətənin cəsur övladı əbədiyyətə qovuşdu.

Ailəsi Evli idi, üç oğlu yadigar qalıb.

Xatirəsi Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Nizami Murad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Nizami Məmmədov Bərdə rayonunun Dəymədağlı kəndində dəfn edilib.

Həmçinin bax Birinci Qarabağ müharibəsi Erməni terrorizmi Azərbaycanlıların Soyqırımı Günü

Mənbə Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 203.

İstinadlar

Kateqoriya:Azərbaycanın Milli Qəhrəmanları Kateqoriya:Xankəndidə doğulanlar Kateqoriya:Şuşada vəfat edənlər Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları