Mixail Vasilyeviç Lomonosov () — dünya səviyyəli birinci rus alimi-təbiətşünası, ensiklopedist, kimyaçı, fizik. Vaxtilə fiziki kimyayaya indiki dövrün tərifinə çox oxşayan anlayış verib və fiziki-kimyəvi tədqiqatların geniş proqramını işləyib.Биографии великих химиков. Редактор К. Хайниг. М.: Мир. 1981 — Перевод немецкого издания: Biographien bedeutender. Eine Sammlung von Biographien. Von eine autorenkollektiv, herausgegeben von dr. Karl Heinig. 4 auflage. Volk und Wissen Volkseigenen Verlag. Berlin. 1977Погодин С. А. Ломоносов и химия XVIII века. // Вопросы естествознания и техники, 1962, выпуск 12>Волков В. В., Вонский Е. В., Кузнецова Г. И. Выдающиеся химики мира. — М.: "Высшая школа", 1991. — ISBN 5-06-001568-8Об этом говорит и Л. Эйлер — смотри в разделе "Физическая химия". Onun istiliyin molekulyar-kinetik nəzəriyyəsi indinin materiya quruluşu barədə təsəvvürlərin əsasını qoydu, onun sayəsində bir sıra fundamental fiziki qanunlar işləmək mümkün oldu..Şüşə haqqında elmin əsasını qoyub.
O həmçinin astronom, cihaz nəzəriyyəçisi, coğrafiyaçı, metallurq, geoloq, şair, rəssam, tarixçi olub, müasir rus dilinin əsasını qoyub. Rusiya təhsil sisteminin, elm və iqtisadiyyatının inkişafına dair bir sıra layihələr hazırlayıb.
Sonradan onun adı ilə adlandırılan Moskva Universitetinin təsisi təklifini irəli sürüb. venera planetinin atmosferinin mövcudluğunu kəşf edib.Материалы для биографии Ломоносова. Собраны экстраординарным академиком Билярским. Санкт-Петербург. В типографии Императорской Академии Наук. 1865История Императорской Академии Наук в Петербурге Петра Пекарского. Том первый. Издание отделения русского языка и словестности Императорской Академии Наук. Санкт-Петербург. Типография Императорской Академии Наук. 1870История Императорской Академии Наук в Петербурге Петра Пекарского. Том второй. Издание отделения русского языка и словестности Императорской Академии Наук. Санкт-Петербург. Типография Императорской Академии Наук. 1873.
Elmi fəaliyyəti 200px|left|thumb|M. V. Lomonosovun büstü. Heykəltəraş F. Şubin. 1792. M. Lomonosov Muzeyi. Sankt-Peterburq M. Lomonosov özünün fəaliyyətində elmin bütün əsas sahələrini əhatə edə bilib. Onları əsaslı şəkildə işləyib, dərinliyinə vara bilib. Onun elmi nəticələri hətta indi də müasir elmdə aktual olaraq qalır.Вернадский В. П. О значении трудов М. В. Ломоносова в минералогии и неологии. М., 1900
Mixail Lomonosov ensiklopedik insan olduğundan beten məşğul olduğu elm sahələri üzrə ciddi tədqiqatlar apara bilib. Böyük rus şairi Aleksandr Puşkin onun haqqında yazırdı:
"Özünün böyük iradəsini və yüksək dərketmə qabiliyyətini ortaya qoyaraq Lomonosov təhsilin bütün sahələrini əhatə edə bildi. Elm yanğısı onun qəlbinin ehtirası idi. Tarixçi, natiq, mexanik, kimyaçı, mineraloq, rəssam, o bunların hamısını keçdi. Birinci olaraq Vətənin tarixinə baş vurdu, qanunlar işləyir, …, fabriklər yaradır, rəssam kimi mozaika hazırlayır və ən əsası şeir dilinin mənbələrini hamıya göstərir."Пушкин А. С. Полное собрание сочинений в девятнадцати томах (23 книгах). М.: Воскресенье 1994г
Alim isə bu barədə deyir: "Heç bir şübhə yoxdur ki, elm elmə kömək edir. Fizika kimyaya, riyaziyyat fizikaya, mənəviyyat elmi və tarix poeziyaya kömək edən kimi."Ломоносов М. В. Первые основания металлургии, или рудных дел. Санкт-Петербург. Императорская Академия Наук. 1763
1761-ci ildə apardığı tədqiqatlar zamanı böyük rus alimi Mixail Vasilyeviç Lomonosov Venera planetində atmosferin olduğunu aşkar etmişdir.Həftənin əlamətdar günləri tarixin güzgüsündə
XVIII əsrdə Rusiyada "Coğrafiyanın" inkişafında alimlərin də xüsusi əməyi olmuşdur. Əldə edilmiş müəlumatların təhlili, xəritələrin ümumiləşdirilməsi, ərazilərin mənimsənilməsi vacib vəzifə idi. Rus alimi M. V. Lomonosov (1711–1765) "Coğrafiya" sahəsində xüsusi əhəmiyyəti olan işlər görmüşdür. 1739-cu ildə Rusiya Elmlər Akademiyasında yaradılmış "Coğrafiya" departamenti 1745-ci ildə "Rusiya Atlası"nı hazırladı. Lomonosov quberniyalar haqqında məlumat toplamaq və Atlası yenidən nəşr etmək üçün 1758-ci ildə onlara xüsusi sorğu sualları göndərdi. Burada iqtisadi məlumatların da olması, onların təhlillərinin aparılması "iqtisadi coğrafiya" sözünün yaranmasına səbəb oldu. Bu temini ilk dəfə Lomonosov işlətmışdir. O, həmçinin Şimal dəniz yolunun, Şimal Buzlu okeanının, onun iqlimi və buz örtüyü, su axınlarının, atmosferin öyrənilməsi üçün böyük əmək sərf etmışdir.
İqtisadi coğrafiynın yaranması Lomonosovun adı iə bağlıdır. M. V. Lomonosov bu elmin inkişafının zəruriliyini göstərmiş və onun əsas istiqamətlərini vermişdir.
1756-cı ildə Lomonosov ilk dəfə fikir yürütmüşdür ki, təbiətdə hər hansı bir rəngi yaratmaq üçün 3 əsas rəngi (göy, qırmızı, yaşıl) müəyyən nisbətlə qarışdırmaq kifayətdir. Bununla da təsvirlərin kompüter kodlaşdırılması rəngin 3 komponentlik nəzəriyyəsinin əsasında qurulmuşdur.
İstinadlar
Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Rus alimlər Kateqoriya:Rusiya alimləri Kateqoriya:Rus dili üzrə dilçilər Kateqoriya:Rusşünaslar Kateqoriya:Rusiya imperiyası şairləri Kateqoriya:Rusiya imperiyası dilçiləri Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Rusiya siyasətçiləri Kateqoriya:Ensiklopediyaçılar Kateqoriya:XVIII əsr filosofları Kateqoriya:Dramlar Kateqoriya:Rus şairlər Kateqoriya:Mineraloqlar Kateqoriya:Maarifçilər Kateqoriya:Rusiya filosofları