Şimali Reyn-Vestfaliya () — Almaniyanın ərazisinə görə dördüncü və əhaləsinə görə birinci vilayətidir. Paytaxtı Düsseldorf, ən böyük şəhəri Köln şəhəridir. 1946-cı ildə Prussiyanın hissələri olan Şimali Reyn və Vestfaliya regionlarının birləşməsi nəticəsində yaranmışdır. Almaniyanın 10 ən böyük şəhərlərindən dördü, Köln, Düsseldorf, Dortmund və Essen burada yerləşir. Əhalisinin sayı 17,5 milyon nəfərdir və azalmağa doğru gedir. Şimali Reyn-Vestfaliya Almaniyanın ən sənayeləşmiş regionudur.

Şəhərləri AdıƏhali 2010-cu ildəƏrazisi (km²)1 km² düşən əhali xəritə 1 Köln 1,000,660 405.15 2,470 250px 2 Düsseldorf 586,564 217.01 2,703 3 Dortmund 580,688 280.37 2,071 4 Essen 575,027 210.38 2,733 5 Duysburq 501,564 232.81 2,154 6 Boxum 385,626 145.43 2,652 7 Vuppertal 359,237 168.37 2,134 8 Bielefeld 326,925 257.83 1,268 9 Bonn 312,818 141.22 2,215 10 Münster 270,868 302.91 894

Aahen Bielefeld Boxum Boxum-Vattenşeyd Bonn Dortmund Duysburq Düsseldorf Essen Gelzenkirxen Köln Krefeld Leverkuzen Mönxenqladbax Münster Siegen Solingen Vuppertal

Bayraq və gerbləri

Həmçinin bax Adel Massad

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Almaniya torpaqları Kateqoriya:1946-cı ildə yaranmış dövlətlər və ərazilər