Fransis Veber (fr. Francis Veber) — Fransa kinorejissoru və ssenaristi.

Həyatı

Fransis Veber 28 iyul 1937-ci ildə Nöyi-sür-Sendə anadan olmuşdur.

O, bir çox gözəl komediyalar çəkmişdir. "Dublyor" filmində hətta epizodik rolda çəkilmişdir. İlk ekran işlərini Fransada çəkmişdir. XX əsrin 90-cı illərinin ortalarında həmişəlik Amerikada yaşamağa getmişdir.

Onun ilk filmi olan "Oyuncaq" Pyer Rişarın iştirakı ilə lentə alındı və böyük uğur qazandı. Rejissor sonralar bir neçə dəfə həmin aktyorla işləmişdir.

Filmoqrafiya

Rejissor fəaliyyəti

Oyuncaq (film, 1976) / Le Jouet Uğursuzlar (film, 1981) / La Chèvre Yaquar (film, 1996) / Le Jaguar Zəhlətökən (film, 2008) / L'emmerdeur

Ssenarist fəaliyyəti

Oyuncaq (film, 1976) / Le Jouet Uğursuzlar (film, 1981) / La Chèvre Yaquar (film, 1996) / Le Jaguar Zəhlətökən (film, 2008) / L'emmerdeur

İstinadlar

Kateqoriya:Fransa kinorejissorları Kateqoriya:Fransis Veberin filmləri Kateqoriya:Fransa ssenaristləri Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Fransa rejissorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Yəhudi mənşəli fransızlar Kateqoriya:Fransa jurnalistləri