Şəttül-Ərəb (, ) və ya Ərvəndrud (, ) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır.
Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir.
Ərazi anlaşıqmazlıqları 17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.
İstinadlar
Kateqoriya:İraq çayları Kateqoriya:İran çayları Kateqoriya:İraqın ərazi mübahisələri Kateqoriya:İranın ərazi mübahisələri Kateqoriya:Mübahisəli ərazilər Kateqoriya:Sərhəd çayları Kateqoriya:Asiyanın beynəlxalq çayları Kateqoriya:Küveyt coğrafiyası Kateqoriya:Şəttül-Ərəbin hövzəsi