Nina Dobrev (bol. Нина Константинова Добрева; 9.1.1989) —bolqar mənşəli Kanada aktrisası.
Aktrisanın debütü Degrassi: The Next Generation serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olmuşdur. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanmışdır.
Həyatı Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə bilgisayar mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var.http://www.nugget.ca/ArticleDisplay.aspx?e=2126336 Aktrisa Ontarioda J. B. Tyrrell Sr. Ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb. Nina kiçik yaşlarından incəsənətə böyük maraq göstərərək rəqs, gimnastika, teatr, musiqi və oyunçuluqla məşğul olub. Dobrev həmçinin onun böyük istedadının aşkarlandığı Torontodakı Dean Armstrong Acting məktəbində də təhsil alıb.
Karyerası Fəaliyyətinə model kimi başlayan Nina Dobrev tezliklə film industriyasına cəlb olunmuş, Fugitive Pieces, Away from Her, Never Cry Werewolf filmlərində və Degrassi: The Next Generation serialında kiçik rollar canlandırmışdır. O, eyni zamanda MTV telekanalında The American Mall filmində də rol almışdır. Aktrisa daha çox The CW telekanalının ekranlaaşdırdığı "Vampirin gündəlikləri" teleserialında canlandırdığı iki vampir qardaşın sevdiyi gözəl qadın Yelena Gilbertin və Vətəndaş müharibəsi zamanında ABŞ-də yaşamış və xarici görünüşcə tamamilə Yelena Gilbertlə eyni olan vampir qadın (həmin qadın Yelenanı sevən iki vampir qardaşı dişləyərək vampirə çevirir) Ketrin Piersin (Katherine Pierce) rolunu canlandırmışdır.
Aktrisa həmçinin Sony Pictures Classics tərəfindən çəkilmiş və 26 mart 2010-cu ildə ekranlara çıxan Chloe erotik trillerində də kiçik bir rol almışdır. Film ABŞ-də ilk nümayişlərindən $3 milyon gəlir gətirərək 2010-cu ilin ən uğurlu filmlərindən biri olmuşdur.
Nina Dobrev həmçinin 2010-cu ilin avqustunda keçirilən 62-ci Primetime Emmy Awardsda da iştirak etmişdir.
Şəxsi həyatı Nina Dobrev ingilis, fransız, bolqar dillərini bilir. Vampirin gündəlikləri teleserialında çəkilərkən, Dobrev, Atlantada yaşayırdı . Lakin 2015-ci ildə serialı bitirdikdən sonra Los-Ancelesə köçmüşdür.
Filmoqrafiyası + Çəkildiyi filmlər və qatıldığı telelayihələr İl Film Rol Qeydlər 2006 Repo! The Genetic Opera Teenage Zytrate Addict 2006 Away from Her Monica 2006 Playing House Shania 2006–2009 Degrassi: The Next Generation Mia Jones 2006–2009 (44 seriyada) 2007 The Poet Rachel 2007 Fugitive Pieces Bella 2007 My Daughter's Secret Justine 2007 Too Young to Marry Jessica 2008 Mookies Law Rosebella Qısametrajlı film 2008The American MallAlly Shepherd 2008 Never Cry Werewolf Loren Hansett 2008 The Border Maia Epizodlar: "Articles of Faith" və "Blowback" 2009 Chloe Anna 2009 Degrassi Goes Hollywood Mia Jones 2009 Eleventh Hour Grace Dahl Seriyalar: "Eternal" 2009 Merry Madagascar Cupid the Reindeer Səsləndirmə 2009–indiyə qədər Vampirin gündəlikləri Elena Gilbert/Katherine Pierce Baş rolda 2011 Deathgames Post-production
Mükafat və nominasiyalar İl Mükafat Kateqoriya Film Nəticə 2010 Teen Choice Awards Choice TV Breakout Star – Female Vampirin gündəlikləri 2010 Teen Choice Awards Choice TV Actress – Fantasy/Sci-Fi Vampirin gündəlikləri 2010 J-14 Teen Icon Awards Iconic TV Actress Vampirin gündəlikləri 2010 Young Hollywood Awards Making Their Mark Vampirin gündəlikləri 2010 Young Hollywood Awards Cast To Watch (with Paul Wesley and Ian Somerhalder) Vampirin gündəlikləri 2011 Teen Choice Awards Choice TV Actress – Fantasy/Sci-Fi Vampirin gündəlikləri 2011 Teen Choice Awards Choice Hottie – Female Vampirin gündəlikləri 2011 Teen Choice Awards Choice Vampire Vampirin gündəlikləri 2012 People's Choice Awards Favorite TV Drama Actress Vampirin gündəlikləri 2012 Teen Choice Awards Choice TV Actress – Fantasy/Sci-Fi Vampirin gündəlikləri 2012 San Diego Film Critics Society Award Best Ensemble Performance The Perks of Being a Wallflower 2012 J-14 Teen Icon Awards Iconic TV Actress Vampirin gündəlikləri 2013 People's Choice Awards Favorite Dramatic TV Actress Vampirin gündəlikləri 2013 Teen Choice Awards Actress Fantasy/Sci-fi Vampirin gündəlikləri
Televiziya Playing House — (2006) Degrassi: The Next Generation — (2006–2009) My Daughter's Secret — (2007) Too Young to Marry — (2007) The Border — (2008) Never Cry Werewolf — (2008) The American Mall — (2008)
İstinadlar
Kateqoriya:Sofiyada doğulanlar Kateqoriya:Kanada aktrisaları Kateqoriya:XXI əsr aktrisaları