Niko Pirosmani (; əsl adı Nikolay Aslanoviş Pirosmanaişvili (Pirosmanişvili), ; ) — Gürcüstan və Rusiya rəssamı, primitivizm cərəyanının nümayəndəsi.
Həyatı Pirosmani Gürcüstanın Mirzəani kəndində indiki Kaxetiya ərazisində fermer ailəsində anadan olub. Valideynləri Aslan Pirosmanaşvili və Tekle Toklikişvili kiçik üzüm bağı, həmçinin bir neçə inək və öküz sahibi olan fermerlər idi. O, sonra yetim qalmış, iki böyük bacısı Məryəm və Pepeninin himayəsində qalmışdır. Pirosmani 1870-ci ildə bacıları ilə birlikdə Tiflisə köçmüşdür. 1872-ci ildə Tiflis vağzalının yaxınlığında kiçik bir mənzildə yaşayaraq imkanlı ailələrdə qulluqçu işləmiş, rus və gürcü dillərini oxuyub yazmağı öyrənmişdir. 1876-cı ildə Mirzəanin kəndinə qayıdıb orada çobanlıq etmişdir.
Pirosmani tədricən rəssamlığa yiyələndi. 1882-ci ildə Giorgi Zaziaşvili ilə birlikdə lövhələr düzəltdikləri bir rəsm emalatxanası açdı. 1890-cı ildə dəmir yolu konduktoru işlədi. 1893-cü ildə Tiflisdə bir süd ferması qurdu və 1901-ci ildə oranı tərk etdi. Pirosmani həyatı boyu yoxsulluğuna baxmayaraq, binaları rəngləmək və ağartmaq da daxil olmaqla sadə işləri görməyə hazır idi. O, həmçinin Tiflis dükançılarında işləyərək onların sifarişi ilə lövhələr, rəsmlər və portretlər yaradırdı. Rəsmləri yerli sakinlər arasında müəyyən populyarlıq qazansa da (təxminən 200-ü qalıb), peşəkar rəssamlarla münasibətləri mürəkkəb olaraq qalırdı; dolanışıq qazanmaq onun üçün həmişə estetik abstraksiyalardan daha vacib idi.
Yaradıcılığı
Əsərləri
İstinadlar
Kateqoriya:Poçt markalarında şəxslər Kateqoriya:Gürcüstan rəssamları Kateqoriya:Qripdən ölənlər Kateqoriya:Kukiya qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:XIX əsr rəssamları Kateqoriya:XX əsr rəssamları