Alfred Marşal (; ) ingilis iqtisadçı və öz vaxtının ən təsiredici iqtisadçılarından biri olmuşdur. Neoklassik iqtisadiyyatın tamamlayıcısı kimi tanınır. Onun "İqtisadiyyatın Prinsipləri" (1890) kitabı İngiltərədə üzün müddət dərslik kimi istifadə olunub. O, tələb və təklif, marjinal fayda və istehsalın xərcləri anlayışlarını qaydaya salınmış halda təqdim edir.
Həyatı 1842-ci ilin iyulun 26-da Bermondsey, London, İngiltərədə anadan olmuşdur.thumb|Elements of economics of industry, 1892 XIX əsrin sonu XX əsrin əvvəllərində mə'lum olduğu kimi dünya kapitalist iqtisadiyyatında ciddi dəyişikliklər baş verdi. Kapitalizm öz fərdi fəaliyyətini genişləndirib, ictimai xarakter almağa başladı. Belə şəraitdə baş verən iqtisadi hadisələrə klassik yanaşmaq metodundan fərqli olaraq, yeni yanaşma metodları baş verdi. İqtisadi hadisələr təkcə əmək-dəyər baxımından deyil, subyektiv psixoloji və faydalılıq baxımından qiymətləndirilməyə başladı. İqtisadi tədqiqatların belə yanaşılması ingilis iqtisadçısı Alfred Marşallın (1842–1924) əsərlərində aparılmağa başlanmışdır.
Kembric universitetinin professoru A. Marşallın "İqtisad elminin əsasları" (1890), "Sənaye və ticarət" (1922) əsas iqtisadi əsərləri kimi "son faydalılıq", "son məhsuldarlıq" ideyaları öz əksini tapmışdır. Neoklassik elmi cərəyanın banilərindən hesab olunan A. Marşall iqtisad elmində klassik iqtisadi nəzəriyyə ilə marjinalizmin inqilabi nailiyyətlərini sıxı surətdə birləşdirən iqtisadçıdır. İlk dəfə olaraq siyasi iqtisadı "ekonomiks" termini ilə əvəz etməklə, iqtisadi nəzəriyyəni praktika ilə qrafik metodla, riyazi yolla birləşdirməyə cəhd göstərən mütəfəkkirlərdəndir.
Siyasi iqtisadın predmetinin rifah halının maddi əsasının yaradılması və istifadə olunması fəaliyyətindən ibarət olduğunu qeyd edir. Avstriya iqtisadçılarından başlamış siyasi iqtisadın predmetinin iki müstəqil obyektə bölünməsini makroiqtisadiyyat və mikroiqtisadiyyatdan ibarət olduğunu əsaslandırır.
İqtisadiyyatın hərəkətverici qüvvələri sırasına iqtisadi sərbəstliyə və rəqabətə üstünlük verən A. Marşall iqtisadi məqsədlərin formalaşması prosesini əsaslandırır.
Fəaliyyəti Marşall iqtisadi təliminin əsasında, ilkin marjinalistlər göstərdikləri bazarın tələb, təklif və qiymət amilləri arasındakı funksional asılılıq əlaqəsini nəzərə almaqla, o göstərmişdir ki, bu əlaqə sadə xarakter daşımır. O göstərdi ki, qiymətin aşağı düşməsi ilə tələb artır. Lakin qiymətin aşağı düşməsi ilə təklif də aşağı düşür, qiymətin artımı ilə isə artır. Ona görə də A. Marşall, sabit və yaxud müvazinatlı elə qiymətin olmasını göstərirdi ki, o tələb və təklif üst-üstə düşdüyü nöqtə ilə tuş gəlsin. Beləliklə, kəmiyyət qiymətləndirilməsinin əhəmiyyətini iqtisadiyyata gətirən Marşall, onun kasıb və dövlətlilər üçün daşıdığı əhəmiyyəti göstərmişdi. "Ekonomiks" adı ilə iqtisadi nəzəriyyəyə dəqiq elmlər kimi baxan Marşall, göstərirdi ki, iqtisadi həyata siyasi təsirlərdən, dövlət müdaxiləsindən kənar baxmaq lazımdır.
A. Marşall "Ekonomiksin prinsipləri" adlı əsəri ilə iqtisad elmində "müvazinatlı qiymət" anlayışı ilə bazar iqtisadiyyatında baş verən bütün funksional dəyişikliklərin sistemli yanaşma üsulunun əsasını yaratdı. İqtisadi fikir tarixində ən şəxsiyyətlərdən olan Alfred Marşall 1842-ci ildə Londonda bank işçisi ailəsində olmuşdur.
Atası Ulyams Marşall öz xarakterinə görə olduqca sərt, qəti və qəddar xarakterli, protestant ruhlu dindar bir şəxs idi. Onun sərt rəftarı ən çox qadınlara, xüsusən həyat yoldaşına idi. Təsadüfi deyildir ki, o hətta "kişilərin hüququ və qadınların borcu" adlı traktat da yazmışdır. Atasının olduqca ciddi həyat tərzini qəbul etmiş Alfred Marşall da olduqca çalışqan, zəhmətkeş bir gənc kimi təmkinliyi, düşüncəliyi və dərrakəliyi ilə fərqlənirdi.
Təhsil aldığı məktəbdə 1861-ci ildə üçüncü yer tutan Alfred o dövrdəki şərtlərə görə, artıq özünə Oksford kollecinin təqaüdünü almaq hüququnu təmin etmişdir. Sonralar üç illik aspirantura təhsili üçün də belə təqaüdün alınması hüququnu əldə etmişdir. Oğlunu belə zəngin biliklə ruhani görmək istəyən atasından fərqli olaraq, Alfred daha perspektivli həyat yolu axtarmağı üstün tuturdu. Ona görə də qədim dilləri öyrəndiyi Oksforddan Kembric universitetinin riyaziyyat fakültəsinə keçməyi qət etdi. Təhsil haqqının ödənilməsinə dayısı Çarlizin köməyi sayəsində, artıq o 1865-ci ildə riyaziyyat üzrə ikinci yeri tutdu.
1866-cı ildə Marşallın Ruhani Con Qrautun təsis etdiyi klubda iştirakı və onun mənəviyyatın fəlsəfəsi mühazirələrini dinləməyi, onda ciddi mənəvi dünyagörüşünün dəyişilməsinə səbəb olur. C. L. Milin "Kamiltonun fəlsəfəsinin tədqiqi" və C. Darvinin "Növlərin mənşəyi" əsərləri A. Marşallın fəlsəfi dünyagörüşünə ciddi təsir göstərir və etikaya meyil göstərir.
Məhz etika problemlərinin tədqiqi ilə o, iqtisad elminə gəlmişdir. Bu istiqamətdə C. S. Milin "Siyasi iqtisad" əsərinin ona böyük təsiri olur. Eləcə də 1868-ci ildə Almaniyaya Kantın əsərlərinin orijinaldan oxumaq fikri ilə səfəri də onun iqtisadi dünyagörüşünün formalaşmasına təsir göstərir. Marşalın iqtisadi görüşlərinin samballı şəkildə formalaşmasına təsir göstərən əsas cəhətlər kimi, artıq Smitin iqtisadi sisteminin, Rikardonun iqtisadi təliminin və Milin iqtisadi ideyalarının İngiltərə təhsil sistemində aparıcı mövqedə durması xüsusi təsir göstərmişdir.
Eyni zamanda Almaniyada formalaşmış fəlsəfi baxışların mövcud olması Marşallın iqtisadi hadisələrin tətbiqindəki mövqeyinə ciddi təsir göstərmişdir. Eyni zamanda Almaniyada formalaşmış tarixi məktəb nümayəndələrinin, xüsusən Romerin iqtisadi görüşləri Marşalda ciddi elmi maraq yaratmışdı.
Fransanın "fiziokratlar" məktəbinin nümayəndələrinin, eləcə də kəmiyyət nəzəriyyəsinin yaradıcılarının əsasən Kurnonun fikirləri ona iqtisadi hadisələrin izahını yeni metodla, qrafik üsulla şərh etməyə imkan vermişdir.
Marşalın riyazi təfəkkürü, fəlsəfi baxışı, iqtisadi düşüncəsi onda yeni bir iqtisadi nəzəriyyənin formalaşmasına imkan verir. Marşalın iqtisadiyyat sahəsindəki ilkin tədqiqatları 1867-ci ildə başlayır və 1883-cü ilə qədər davam edərək bitkinləşir. A. Marşall da Kembric universitetindəki həm müəllimlik, həm də tədqiqatçılıq fəaliyyəti ona 1875-ci ildə "Pul, kredit və ticarət" adlı əsərini yazmasına imkan verir. Bir cəhəti də qeyd etmək lazımdır ki, Marşalın iqtisadi görüşlərinin formalaşması elə bir dövrü əhatə edirdi ki, o dövrdə siyasi iqtisad sahəsində artıq özünə həyat vəsiqəsi almış sanballı əsərlər dərc olunmuşdur.
C. S. Milin 1848-ci ildə ilk dəfə dərc olunan əsəri 1871-ci ildə 7-ci dəfə düzəlişlərlə təkrar nəşr olunmuşdu. 1868-ci ildə K. Marksın "Kapital" əsəri meydana çıxmışdı.
1871-ci ildə Cevonsun "Siyasi iqtisad nəzəriyyəsi" əsəri, 1871-ci ildə Mengerin "Xalq təsərrüfatı haqqında elmin əsasları" və s. dərc olunmuşdu. Digər tərəfdən, Mill və Rikardonun iqtisadi nəzəriyyədə elmi nüfuzları olduqca böyük idi. Lakin riyazi təfəkkür tərzini iqtisadi dillə izah etmək Marşalın ən böyük arzusu idi və özünün qeyd etdiyi kimi, bu onda 1835-ci ildə dərc olunan Kurnonun "Sərvət nəzəriyyəsinin riyazi prinsipləri" əsərini oxuduğu zaman baş qaldırmışdır.
Rikardonun bir sıra təlimlərini, daha aydın və ümumiləşmiş şəkildə riyazi dilə çevirən Marşall, eyni zamanda meydana çıxan yeni iqtisadi konsepsiyalara, xüsusən alman iqtisadçıları Romerin, Marksın, Lassalın fikirləri onu ciddi elmi axtarışlar etməyə məcbur etmişdi. O qeyd edirdi ki, sosialistlərin məqsəd qoyduqları insanların qeyribərabərliyinin əsası olduğunu xüsusi mülkiyyətin məhv edilməsi probleminin həlli nə qədər çətin olduğunu görə bilməmişlər. Bu məqsədlə o biznesin praktiki sahələri və zəhmətkeş sinfinin həyatı ilə daha yaxından məşğul olmağa başlamışdır. Xarici ticarətin rolunun tədqiqatına da geniş yer verməyə başlamışdır. Bu istiqamətdə Amerikadakı proteksionist siyasətin mahiyyətini aydınlaşdırmağa cəhd göstərmişdir. Lakin vaxtı ilə tələbəsi olmuş, həyat yoldaşı Meri Peyli ilə "Sənayenin iqtisadiyyatı" əsərini yazması bu işi yarımçıq qoyur.
Marşalın iqtisadi nəzəriyyəsinin meydana gəlməsinə əsas təsiri Milin, Rikardonun, Kurnonun əsərləri olmuşdur. Eyni zamanda Alman iqtisadçısı Roşerin tədqiqat üsulunun da onun iqtisadi fikirlərinin formalaşmasına təsir göstərmişdir.
Marşall qeyd edirdi ki, bizim təbiət haqqındakı təsəvvürlərimiz istər mənəvi, istərsə də maddi sferalarda olsun, sadəcə məcmu kəmiyyətlərə aid etmək olmaz, onlar artan kəmiyyətlərə yönəldilməlidir. Çünki, şeyə olan tələb, daimi funksiya daşıyır. O cümlədən tələbin, "son həddi", sabit müvazinat şəraitində bu şeyin istehsalı onun artan dəyərinə uyğun olaraq bərabərləşir.
Beləliklə, ilk dəfə olaraq o özünün iqtisadi hadisələrin tədqiqində qrafik metodun tətbiqi ideyasını əsaslandırır. Bu dövrdə artıq Cevons, Marşalın olduqca ləng tətbiq etdiyi məvhumları ardıcıl olaraq öz əsərlərində dərc etdirir. Məsələn, faydalılıqla bağlı hədd, son hədd, sonuncu kimi məvhumları qeyd etmək olar.
Lakin, Cevons əgər iqtisadi hadisələrin şərhini zahiri, tələm-tələsik göstərirdisə, lakin, Marşall bu hadisələrin baş verməsi səbəbləri, onların daxili motivləri haqqında düşünürdü.
Nəhayət, qrafik metod vasitəsi ilə iqtisadi ideyalarını şərh edən Marşall, 1890-cı ildə 6 kitabdan ibarət "Ekonomiksin prinsipləri" əsərini dərc etdirir. İlk dəfə olaraq riyazi üsullarla, qrafik metodla iqtisadi nəzəriyyəni praktika ilə əlaqələndirməyə cəhd göstərir. Siyasi iqtisad elminin adını ekonomikslə əvəz etmədən əsaslandırır. Düzdür, belə mövqe onu Cevonsun mövqeyi ilə uyğunlaşdırırdı. Çünki Cevons da siyasi iqtisadı ekonomikslə əvəz etməyi qeyd edirdi.
Nəzəri məsələlərin həllində qrafik metodunun, tətbiqinə xüsusi əhəmiyyət verən Marşall qeyd edirdi ki, belə vəziyyət hadisələrin daha aydın, sadə və mükəmməl mənimsənilməsinə səbəb olar.
Bundan əlavə, tələb və təklifin müvazinatına xüsusi əhəmiyyət verən Marşall göstərirdi ki, onların kəmiyyətlərinin dəyişilməsi qiymət problemindən asılıdır. Qiymətin miqyasının dəyişilməsini isə o iki amillə "son faydalılıqla" və "istehsal xərcləri" ilə əlaqələndirir. "Son faydalılıqla" istehsal xərclərini tələb və təklif vasitəsi ilə birləşdirən Marşall qeyd edirdi ki, belə şəraitdə alıcının verdiyi qiymət, əmtəənin faydalılığından asılı olaraq məhsulun maksimum dəyərini müəyyən edir. İstehlakçının məhsula verdiyi qiymət, əgər onun faydalılığı ilə əlaqədardırsa, lakin istehsalçının satdığı məhsulla qoyduğu qiymət isə istehsal xərcləri ilə əlaqədardır. Alıcı və satıcıların məhsulların qiymətləndirilməsi ilə bağlı gəldikləri nəticə bazar qiymətini müəyyən edir.
Kembric məktəbinin başçısı hesab olunan Marşall, eyni zamanda iqtisad elminə " tələbin elas tik liy i" məvhumunu gətirdi. Tələbin elastikliyini, əmtəələrə olan tələb kəmiyyətinin qiymət səviyyəsindən asılılığı kimi müəyyən edən Marşall, artan mövcud ehtiyac tələbi ilə qiymətin artmasını və ya ehtiyacın azalma dərəcəsi ilə qiymətin artması arasındakı nisbəti şərh edirdi.
Beləliklə, Kembric məktəbinin nümayəndələri uzun müddət iqtisadi hadisələrin şərhində "tələbin elastikliyi" məvhumundan istifadə etməklə tələbin qiymətin dəyişilməsindən funksional asılılığını əsas götürdülər. Qeyd etmək lazımdır ki, Kembric universitetində 1868-ci ildə müəllim işləyən 1885-ci ildə "Siyasi iqtisad" kafedrasına başçılıq edən Marşalın iqtisadi ideyaları onun mühazirələrində söylənilirdi. Bu baxımdan onun ideyaları dərc olunmamışdan əvvəl, artıq tələbələr arasında əzbər söylənilirdi. Yeri gəlmişkən demək lazımdır ki, Marşalın pul nəzəriyyəsi ilə bağlı irəli sürmüş olduğu ideyaları mühazirələrinin məhsulu idi. Pul nəzəriyyəsi ilə bağlı irəli sürmüş olduğu fikirlər 1886-cı ildə ticarətdə və sənayedə böhranla bağlı Kral komissiyasında dərc etdirdiyi məcmudakı verdiyi cavablarda öz əksini tapmışdır.