Əhmədov Tofiq Mürsəl oğlu () — Azərbaycanın dilçi alimi, toponimist, Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyətinin sədr müavini, Azərbaycan İqtisad İnstitutunun “Azərbaycan dili” kafedrasının müdiri, filologiya elmləri doktoru, professor

Həyatı Tofiq Əhmədov 1938-ci il mayın 8-də Quba şəhərində anadan olmuşdur.

Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində (1962-1967) təhsil almışdır. AMEA-nin Dilçilik institutuna işə dəvət olunmuşdur. AMEA-nın (1967-1969) müxtəlif şöbələrində işləmişdir. 1987-ci ildə Sovet Türkoloqları Komitəsinin XV plenumun qərarı ilə SSRİ EA Türk onomastikası bölməsinin büro üzvü və 1988-cici ildə Azərbaycan Mədəniyyət Fondunun elmi-ictimai Toponimiya şurası sədrin müavini seçilmişdi. Eyni zamanda Azərbaycan Onomastika Cəmiyyətinin İdarə heyəti sədri müavini idi. Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan dili kafedrasının müdiri olmuşdur(1990-1998).

Ədəbi fəaliyyəti

Azərbaycan toponimlərini ilk dəfə sistem halında təhlil etmiş, onların müxtəlif sözlərdən törəmə olduğunu, ümumi leksik vahidlərlə toponimlərin fərqinin, mikro və makro toponimlərin xüsusiyyətlərini, elliptik və tam formada işləndiklərini, sintaktik xüsusiyyətlərini, qədim türk sözlərinin toponimlərdə əks olunması və s. problemlərə aid sanballı əsərlər yazmış, bu sahədə 120-dən çox elmi məqalə çap etdirmişdir. Onun səyi ilə ilk dəfə olaraq Bakı Dövlət Universitetində “Azərbaycan onomastikası” ümumi kursu təşkil olunmuş, “Azərbaycan toponimikası” ixtisas kursu tədris edilmiş, bu kursların dərs vəsaitləri hazırlanmış və çap olunmuşdur. Onomastika və dilçiliyin digər sahələri ilə məşğul olan onlarla alimə elmi rəhbər və opponent olmuşdur.

Professor T.Əhmədovun rəhbərliyi altında "Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti" hazırlanmışdır. Türkdilli ölkələr arasında ilk dəfə olarag "Azərbaycan dilinin dialektoloji atlası" (1990) adlı monumental əsərin müəlliflərindən biri olmuşdur. 100-ə qədər elmi əsərin müəllifi və 30-a yaxın regional, beynəlxalq konfransların iştirakçısı olub.

Xatirəsi

Quba rayonunda küçə onun adını daşıyır.

Kitabları Əhmədov T.M El-obamızın adları. Bakı, "Gənclik", 1984, s.128. Əhmədov T.M. Azərbaycan paleotoponimiyası, Bakı, ADU, 1985, 88 səh. Əhmədov T.M Azərbaycan toponimiyasının əsasları. Bakı, Bakı Universiteti Nəşriyyatı, 1991, s. 312. Əhmədov T.M Qədim «şen» coğrafi terminin mənşəyinə dair. - Azərbaycan onomastikası problemləri, VI, Bakı, 1996, səh.63-69. Əhmədov T.M Azərbaycan dili morfologiyasının aktual problemləri. Azərbaycan coğrafi nomenli hidronimlərinin yaranmasında sifət, feli sifət və saylardan istifadə. Bakı, 1987,

İstinadlar «Azərbaycan filologiyasının inkişafında Bakı Dövlət Universitetinin rolu» «Toponimler» Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycanlı dilçilər Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar