Polonium (Po) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 84-cü element.

Tarixi XIX əsrin son illərində Mariya Küri və Pyer Küri cütlüyü tərəfindən uran və radium elementlərinin parçalanmasından alınmışdır. Mariya Küri bu elementi öz vətəni olan Polşanın şərəfinə adlandırmışdır. Xalkogenlər qrupuna aiddir. Polonium nadir elementdir, yer qabığında onun miqdarı 2.10–15 % -dır.2006-cı ilə qədər kütlə miqdarının 188–220 diapazonundain əvvələrinə diapazonunda poloniumun 33 izotopu məlum idi.

Fiziki xassələri Polonium – gümüşü-ağ rəngli yumşaq metaldır.

Kimyəvi xassələri Kimyəvi xassələrinə görə polonium tellura yaxındır. Birləşmələrdə tellur kimi oksidləşmə dərəcəsi −2. +2, +4, +6 – dır. Havada polonium oksidləşir: PoO, РоО2, PoO3 oksidləri məlumdur. Polonium turşularla reaksiyaya daxil olur: məhlullarda ionları mövcuddur PoO42-, PoO32-, Po2+, Po4+. Polonium hidroksid məlumdur PoO(OH)2. Poloniumun xlorid turşusu məhluluna sinklə təsir etdikdə uçucu poloniumun hidridi əmələ gəlir PoH2. Turşularla təsir etdikdə məhlula çəhrayi rənqdə poloniy kationları formasında keçir:

Po + 2 HCl → PoCl2 + H2 Poloniumun xlorid turşusunda maqniumun iştiraki ilə həll olunduqda poloniumhidrogen əmələ gəlir:

Po + Mg + 2 HCl → MgCl2 + H2Po

Toksikliyi Polonium çox təhlükəlidir. Onunla iş prosesi xüsusi bokslarda aparılır.

Tətbiqi 210Po izotopu neytron mənbələrində işlədilir. 210Po – dan düzəldilmiş elektrik atom batareyalarından Yerin "Kosmos – 84" "Kosmos — 89" süni peyklərində istifadə edilmişdir. Təbii radioaktiv çöküntülərdə və dəniz suyunda az miqdarda (10–4 pküri/q) 210Po var.

Mənbə Г. Реми. Курс неорганической химии. Изд. Мир, 1972. C.723–724.

Kateqoriya:Kimyəvi elementlər Kateqoriya:Xalkogenlər Kateqoriya:Yarımmetallar Kateqoriya:Yüngül metallar Kateqoriya:Radioaktiv elementlər