Aomori prefekturası ( Aomori-ken) — Yaponiyanın Hönsü adasında, Tohoku regionunda prefektura. Ərazisi 9 644 min km², əhalisi 1,5 mln. (2005). İnzibati mərkəzi Aomori şəhəridir. Relyefi alçaq dağlıqdan və sahil düzənliklərindən ibarətdir. Tohoku tərkibində ayrı-ayrı sənaye mərkəzləri olan aqrar regiondur. Qurğuşun, sink (Kamikita), dəmirli qum (ölkənin ən iri yatağı) hasil edilir. Taxta-şalban və ağac emalı mühüm əhəmiyyət kəsb edir. Yeyinti, metallurgiya, neft-kimya müəssisələri var. Əkinçilik (əsasən, düyü), bağçılıq (əsasən, alma), heyvandarlıq inkişaf etmişdir. Tovado Milli Parkı və Yaponiyanın ən böyük Tovado krater gölü Aomori prefekturasının ərazisindədir.
Xarici keçidlər Rəsmi saytı
İstinadlar
Həmçinin bax