() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki təsviri 30–50 sm hündürlüyündə, naqiləbənzər, uzunsov kökümsovlu, çoxillik, zəhərli ot bitkisidir. Gövdəsi düz, dik qalxan, sadə və ya yuxarıdan budaqlanır. Aşağı yarpaqları uzun saplaqlı, yuxarı yarpaqlar demək olar ki oturaq, ürəkvari-yuvarlaq və ya böyrəkvari formalı olub, kənarları boyunca mişardişli və ya bütövdür. Çiçəklər iri, qızılı-sarı rəngli, 5 ləçəklidir. Dişiciyin sütuncuqları arxaya əyişmiş, 1–1,5 mm uzunluğundadır. Meyvə qatları iri, adətən burulmuş buruncuqludur. Toxumlar uzunsov və qara rənglidir.Əsgərov A. M. Azərbaycanın bitki aləmi (Ali bitkilər-Embryophyta). Bakı, TEAS Press Nəşriyyat evi, 2016, 444 s.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvələməsi aprel-iyun aylarında gedir. Bataqlıqlarda və bataqlıqların kənarlarında rast gəlinir. Hiqromezofit. İşıqsevəndir.
Yayılması Dünyada: Əfqanıstan, ABŞ, Albaniya, Avstriya, Baltikyanı ölkələr, Belarus, Belçika, Bolqarıstan, Rusiya, Çin, Çita, Çexiya, Slovakiya, Danimarka, Himalay, Finlandiya, Fransa, Almaniya, Böyük Britaniya, Yunanıstan, Macarıstan, İslandiya, Monqolustan, İran, İraq, İrlandiya, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Krım, Kuril Adaları, Labrador, Nepal, Niderland, Şimali Qafqaz, Norveç, Pakistan, Polşa, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, İsveçrə, Tibet, Türkiyə, Ukrayna, Yuqoslaviya və s. çox geniş yayılmışdır. Azərbaycanda: Kiçik Qafqazın bütün rayonlarında qeydə alınır.
Sinonimləri
Homotipik sinonimləri
left|thumb|246x246px|Caltha palustris
Yarımnövləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya florası Kateqoriya:Zəhərli bitkilər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları Kateqoriya:Avropanın dərman bitkiləri