() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Şərqi Asiyada iynəyarpaqlı və enliyarpaqlı meşələrin əsas ağaclarından biridir. Rusiyanın Primorsk diyarı və Saxalin vilayətində, Koreyada, Çində, Yaponiyada yayılmışdır.
Botaniki xarakteristikası Bu növ adi göyrüşə oxşardır. Hündürlüyü 25 m, diametri 1,5 m olan, birinci dərəcəli ağacdır. Gövdəsi düz, sütunvari, çətiri yuxarı qalxmış, enli-yumru, zərifdir. Cavan ağaclarda nazik yarıqlarla örtülmüş, yaşlandıqda rəngi bozdan tünd bozadək dəyişir. Zoğları və cavan budaqları tünd sarı və ya qonur rəngli, ağtəhər pulcuqlu, tumurcuqları qara və ya qara-qonur, çılpaqdır. Mayın əvvəllərində yarpaqları açılanadək çiçəkləyir, meyvələri sentyabrın axırları – oktyabrda yetişir, qış ərzində tökülür. Kök sistemi dərin, güclüdür. 400 ilədək yaşayır.
Ekologiyası Soyuğa davamlıdır, ancaq cavan zoğları və yarpaqları yaz soyuqlarından əziyyət çəkir, işıqsevəndir, ancaq cavan bitki bir az kölgələnməyə dözür. Torpaqların nəmişliyinə və məhsuldarlığına tələbkardır.
Azərbaycanda yayılması: Böyük və Kiçik Qafqazda təbii halda yayılmışdır.
İstifadəsi: Oduncağı möhkəm, sənaye əhəmiyyətlidir. Tək və qrup əkinlərində istifadəsi məqsədyönlüdür.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Çin ağacları Kateqoriya:Yaponiya ağacları Kateqoriya:1857-ci ildə təsvir edilən bitkilər Kateqoriya:Şimali Koreya florası Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər