Yarməmmədbağı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. Lətifələri ilə zəngindir.
Tarixi left|thumb|Yarməmmədbağı qəbiristanlığı Yarməmmədbağı kəndinin indiki ərazisi bir zamanlar Yarməmməd adlı şəxsin torpaq ərazisi olmuşdur. Yarməmmədin gördüyü işlər haqqında Həsən bəy Zərdabi 1880-ci illərdə “Kaspi” qəzetində dərc etdirdiyi “Zərdabdan məktublar” başlıqlı silsilə məqalələrində yazmışdır. İllər keçdikcə Yarməmmədə məxsus tut ağacından ibarət əraziyə müxtəlif ailələr köçərək burada məskunlaşmış, bununla da kəndin adı Yarməmmədbağı kimi tanınmışdır.
Coğrafiyası Yarməmmədbağı kəndi Zərdab şəhərinin 12 kilometrliyində, cənub-qərbdə, Kür çayının sahilində yerləşir.
İnfrastruktur Kənddə bələdiyyə, icra nümayəndəliyi, orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt şöbəsi, ATS, mədəniyyət evi, sudan istifadə edənlər assossiasiyası və sairə var.
Ərazisi Ərazisi 1057,70 hektardır.
Əhalisi Əhalisi 1123 nəfər.
İqtisadiyyatı Yarməmmədbağı kəndində heyvandarlıq, taxılçılıq, yemçilik, meyvəçilik, baramaçılıq, bostançılıq, balıqçılıq hələ tarixən inkişaf etmişdir.
Şəkilləri
Mənbə ASE, V cild, Bakı, 1981, səh. 88.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Zərdab rayonunun kəndləri