() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Çin hibiskusunun vətəni Çinin cənubu və Hind-Çin şimalıdır, ancaq bitki tropik və subtropik iqlimi olan digər vilayətlərə də yaxşı introduksiya olunmuşdur. Çin hibiskusu Malaziyada "Bunqaraya" adlandırılır və milli çiçək, ölkənin simvollarından biridir, qəpik pullardada təsvir edilmişdir. Bəzən "Çin qızılgülü" adlandırılsa da, növün əsl qızılgülə (Çin qızılgülü) aidiyyatı yoxdur və digər cinsə aiddir. Yarpaq bünövrəsinin forması yumrudur.
Botaniki xarakteristikası Hündürlüyü 3 m-dək, parlaq, hamar, tünd yaşıl yarpaqlı və çiçəklərinin diametri 16 sm-dək olan həmişəyaşıl koldur. Təbii şəraitdə martdan oktyabradək çiçəkləyir. Dekorativ kol və ya kiçik ağacdır. Yarpaqları yumurtavari-neştərvari, çox və ya az ucu biz, ucu dişlidir. Çiçəkləri iri, tək, qoltuqda yerləşir; çiçək tacının diametri 7,5 sm, boruvari, saplaqları qırmızıdır.
Ekologiyası Temperatura tələbkardır (qışda +120C-dən aşağı olmayan, yayda +250C-dək).
Azərbaycanda yayılması Dendroloji parkda introduksiya edilmişdir. Abşeronda park və bağlarda rast gəlinir.
İstifadəsi Bağçılıqda dekorativ bitki kimi geniş istifadə edilir, müxtəlif çalarlı və ölçülü çiçəkləri olan yeni sortları vardır.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ kollar Kateqoriya:Asiya florası Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Otaq bitkiləri Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları