Soqomon Teyliryan (; ) — erməni inqilabçısı və qisasçısı, Erməni Soyqırımının qurbanı və ailəsindən sağ qalan yeganə şəxs.
15 mart 1921-ci ildə o, Berlində Erməni Soyqırımının əsas təşkilatçılarından biri, Osmanlı İmperiyasının keçmiş Baş Vəziri (Baş naziri) Mehmed Tələt Paşani tapıb güllələdi.
Tələtin öldürülməsi Birinci Dünya Müharibəsi zamanı Erməni Soyqırımı və ermənilərin deportasiyasına görə məsul olanlardan qisas almaq əməliyyatı olan Nemesis əməliyyatının bir hissəsi idi.
Sui-qəsddən bir müddət əvvəl Tələt Paşa qiyabi olaraq məhkum edilmiş və 1919-1920-ci illərdə Türkiyə hərbi tribunalı tərəfindən edam cəzasına məhkum edilmiş və soyqırımın əsas təşkilatçısı hesab edilmişdir.
İki günlük məhkəmə prosesindən sonra Teyliryan Almaniya məhkəməsi tərəfindən bəraət qazanmış və azadlığa buraxılmışdır.
Həyatı Soqomon Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci Dünya müharibəsi başlayanda, türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (Nemezis əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya "türk gizli polisinin siyasi şöbəsi" ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutunyanı qətlə yetirib, sonra Berlinə yollanıb və 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında keçmiş sədrəzəm Tələt Paşanı öldürüb.
Alman polisi Teyliryanı həbs edib, qısa sürən məhkəmə prosesi erməni millətçilərinin tamaşasına çevrilib, onlar bu prosesdən erməni soyqırımının reklamı üçün istifadə ediblər. Dərhal Soqomon Teyliryan adına fond yaradılıb, dünyanın hər yerindən, varlı ermənlər bu fonda vəsait köçürüblər. Teyliryan üçün Almaniyanın üç ən bahalı və məşhur vəkili tutulub, bunların arasında tanınmış hüquqşunas, Köln universitetinin hüquq professoru doktor Kurt Nimayer da olub. Məhkəmənin Teyliryanın affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb və onu faktiki günahsız elan edərək azadlığa buraxıb.
İstinadlar
Xarici keçidlər Террор в помощь дипломатии Soghomon Tehlirian Армянский терроризм
Həmçinin bax Nemezis əməliyyatı Erməni terrorizmi
Kateqoriya:Terrorçular Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Nemezis əməliyyatı Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Yuqoslaviyadan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Viqilantlar Kateqoriya:Almaniya qatilləri