Russkaya Starina () — tarix jurnalı.

Əsası M.İ. Semevski tərəfindən qoyulmuşdur; 1870-ci ildən 1918-ci ilədək Peterburqda ayda bir dəfə nəşr olunmuşdur. "Russkaya Starina"da Rusiya dövlət xadimlərinin və rus mədəniyyəti nümayəndələrinin xatirələrinə, gündəliklərinə, qeydlərinə, məktublarına, habelə müxtəlif sənədli materiallara çox yer verilirdi.

İstinadlar

Mənbə V.İ.Lenin, "Demokratik inqilabda sosial-demokratiyanın iki taktikası", Bakı, "Azərnəşr", 1969, səh. 146.

Kateqoriya:Rusiya jurnalları Kateqoriya:Rus dilində jurnallar Kateqoriya:1870-ci ildə yarananlar Kateqoriya:Tarix jurnalları