Məzmun Kino əsərinin mərkəzində cəhalətə qarşı üsyan edən, həyatda öz yerini axtarıb tapmağa çalışan Azərbaycan qadınının taleyi durur. Sevilin (Valentina Aslanova) taleyi Azərbaycan qadınlarının taleyi kimi verilir.

Film haqqında Film dramaturq Cəfər Cabbarlının eyniadlı pyesinin motivləri və bəstəkar Fikrət Əmirovun eyniadlı operası əsasında ekranlaşdırılmışdır. Film Azərbaycan kino tarixində ilk film-operadır. Film sabiq sovet kinematoqrafiyası tarixində müasir mövzuda yaradılmış ilk kinooperadır.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Cəfər Cabbarlı (pyes), Fikrət Əmirov (opera) Ssenari müəllifi: Vladimir Qorikker, Andrey Donatov, Tələt Əyyubov Quruluşçu rejissor: Vladimir Qorikker Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Fikrət Əmirov Səs operatoru: Qriqori Korenblyum Geyim rəssamı: Bədurə Əfqanlı Montaj edən: Tahirə Babayeva Qrim rəssam: V. Bereznyakov Rejissor assistenti: Elmira Əliyeva, A. Əliyev, Akif Rüstəmov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi), Həmzə Əhmədoğlu Rəssam assistenti: Mayis Ağabəyov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Filmin direktoru: A. Dudiyev Mahnıları ifa edən: Firəngiz Əhmədova (Sevil), Lütfiyar İmanov (Balaş), Rəhilə Cabbarova (Gülüş), Qalina Oleyniçenko (Dilbər), V. Sultanov, Firudin Mehdiyev, Adil Məlikov, X. Qurbanova, Mürsəl Bədirov, L. Abayşvili, V. Qurbanov, L. Qnida, İslam Rzayev

Rollarda Valentina Aslanova — Sevil Həsən Məmmədov — Balaş Zemfira İsmayılova — Gülüş Səfurə İbrahimova — Dilbər Hamlet Qurbanov — Əbdüləli bəy Məmmədsadıq Nuriyev — Məmmədəli bəy Həsənağa Turabov — Rüstəmov Rza Əfqanlı — Atakişi Ağarza Quliyev — Babakişi Leyla Bədirbəyli — Tafta İnsaf Məmmədova — Sevilin qızı Firuzə Əlixanova P. Hacıyeva Azad Dadaşov L. Nəbiyeva S. Süleymanov Tələt Rəhmanov — xidmətçi İ. Morozova Əliheydər Həsənzadə Muxtar Avşarov — bəy Rafiq Əzimov — zabit

Mənbə ""Sevil" çəkilir" ["Sevil" film-operasının çəkilişi haqqında] //Azərbaycan gəncləri.- 1969.- 23 oktyabr. N. Babayev. ""Sevil" yenə sevilir". "Kommunist" qəzeti. 30 sentyabr 1970-ci il. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 143; 180; 208; 254.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı

Xarici keçid Filmi izlə

Kateqoriya:1970-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Musiqili filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanca filmlər