Nağara - Azərbaycanın qədim milli zərb alətidir. Şərq xalqları və Qafqazda geniş yayılıb.

Tarixçə Əvvəllər onun üzərinə qurd dərisi çəkilərmiş. Nizami Gəncəvi nağaranı belə təsvir etmişdir:

Coşdu qurd gönündən olan nağara,

Dünyanın beynini gətirdi zara.

Söz açımı "Nağara" ərəbcə "vurmaq" deməkdir "

Quruluşu

Nağara 5 hissədən ibarətdir: Sağanaq: Nağaranın sağanağı torpaq (saxsı), ağac (qoz, tut, fıstıq), kardon və fonerkadan düzəlir. Dəri: Nağaranın dəridisi keçi, dana, dəvə dərisi və plastikdən düzəlir. İp (kəndir): Nağaranın 7 metr ipi olur. Sağanağın ölçüsü böyüdükdə ip metri də artır. Çəmbər (üzük): Çəmbərin ölçüsü nağaranın diametrinə görə dəyişir. Qırmaq (aşıq): Nağaranın 7 aşığı olur. Ölçü böyüdükcə nağaranın aşıqlarının sayı artır.

Çalınma qaydası Nağaranın çalğı forması zamanı istifadə olunan əl zərbələri (alt əl və üst əl): Bəm zərbə (orta) - əlin orta hissəsiylə (ovuc) vurulan zərbəyə bəm zərbə deyilir. Zil zərbə (qıraq) - Əlin qıraq hissəsiylə (ovucla barmaqların kəsişdiyi hissə) vurulan zərbəyə zil zərbə deyilir. Lal zərbə - Barmaqların uc hissəsiylə vurulan zərbəyə lal zərbə deyilir. Çırtma - İki barmağın bir birinə sürtünərək nağaraya dəyməsi ilə yaranan zərbəyə çırtma deyilir.Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti - Nağara Yeni çalğı forması və bu çalğı forması zamanı istifadə olunan yeni əl zərbələri ilk dəfə Natiq Şirinov tərəfindən yaradılmışdır.

Əlifbası Zərbələrin ağızda səslənişi: Nağarada vurulan zərbələrin ağızda səslənişi ilk dəfə Natiq Şirinov tərəfindən ifa olunmuş və nağara dərsliyinə salınmışdır. Bəm zərbə (alt əl) - DUM Bəm zərbə (üst əl) - QUM Zil zərbə (alt əl) - DAK Zil zərbə (üst əl) - QAK Qeyd: Ritm sürəti artdıqda deyilişi asanlaşdırmaq üçün zərbə sonundakı M, K hərfləri ixtisar olunur. Məsələn; DUM DUM - DUDUM / DAK DAK - DADAK

Növləri Qədim

Saxsı nağara (Azərbaycanın ən qədim nağarası) Cürə nağara Kos nağara Rəqs nağarası Toy nağarası Çombaq nağara Qoşa nağara

Müasir (İlk dəfə Natiq Şirinov tərəfindən yaranmış yeni nağaralar) Dəyirmili bas nağara /yaranma tarixi:2ooo-ci il Tək üzlü bas nağara Yarım tək üzlü bas nağara Zəng bas nağara Qoşa bas nağara Böyük bas nağara Şəbəkə nağara Üçlük nağara 1 metr diametrli nağara 2 metr diametrli nağara 2 tonluq nağara

İstinadlar Kateqoriya:Azərbaycan musiqi alətləri

Kateqoriya:Zərb musiqi alətləri Kateqoriya:Türkiyə musiqi alətləri Kateqoriya:İran musiqi alətləri