Anlamaq istəyirəm filmi rejissor Oqtay Mirqasımov tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Film Mərkəzi Televiziyanın (Moskva) sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir. Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir. Filmdə əsas rolları Revaz Çxikvişvili, Həmidə Ömərova, Mikayıl Kərimov, Mayya İsgəndərova, Həsən Məmmədov və Həsənağa Turabov ifa edirlər. Film AZTV- də dublyaj olunmuşdur.
Məzmun İki nəfər — Çinarə (Həmidə Ömərova) və Rüstəm (Revaz Çxikvişvili) tələsmədən sahil bağında addımlayır, nə barədə isə söhbət edirlər. Vaxt var idi ki, onlar bir-birilərini sevir, bir arzu ilə yaşayırdılar: xoşbəxt olmaq! Lakin Çinarə başqasına ərə gedir, sonra başa düşür ki, xoşbəxtlik üçün nə içi xarici mebellə dolu mənzil, nə gələcəyi parlaq olan ər, nə də qayğısız həyat lazım deyilmiş. Xoşbəxtlik üçün yalnız o özü, sevgilisi Rüstəm, bu coşub daşan, bəzən də mürgüləyən dəniz, dənizin üzərində uçuşan, hərdən ləpələrə baş vuran qağayılar, dəniz kənarında topla oynayan körpə gülüşləri, bir də sevgilinin şirin, ürək açan sözləri gərəkmiş: "Sən mənim səadətim, sən mənim qəlbim, sən mənim səmam... səmam... yüksək səmamsan...". Çinarə xoşbəxtliyini geri qaytarmaq istəyir. Ancaq o, Rüstəmi artıq həmişəlik itirmişdir...Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.107.
Film məhv olmuş arzular, xoşbəxtlik uğrunda mübarizə aparılmasının acı nəticəsi, iki sevən gəncin uğursuz məhəbbəti haqqında niskilli hekayədir.
Film haqqında Film şair Nəbi Xəzrinin "Əks-səda" pyesinin motivləri əsasında yaradılmışdır. Film Azərbaycan Televiziyasında azərbaycan dilinə dublyaj edilmişdir.
Mükafat Aktrisa Həmidə Ömərovaya Çinarə roluna görə Lenin komsomolu mükafatı verilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər Rejissor: Oqtay Mirqasımov Əsər müəllifi: Nəbi Xəzri Ssenari müəllifi: Nəbi Xəzri, Leonid Juxovitski, Oqtay Mirqasımov Operator: Ələsgər Ələkbərov Rəssam: Firəngiz Qurbanova Bəstəkar: Rafiq Babayev
Rollarda Revaz Çxikvişvili — Rüstəm Həmidə Ömərova — Çinarə Mikayıl Kərimov — Əhməd Mayya İsgəndərova — Rəna Həsən Məmmədov — Çingiz Həsənağa Turabov — Həsən Zemfira Sadıqova — Fəridə Sona Aslanova — Çinarənin anası Vəliəhd Vəliyev — Səməd Telman Adıgözəlov — Camal Ç.Cəlilov Eldəniz Rəsulov — Zeynal Gülşən Qurbanova — Rəfiqə R.Axundova Hamlet Qurbanov — Fazil Sadıq Hüseynov — Şükürov Süsən Məcidova — Bikə
Filmi səsləndirənlər Ruslan Nəsirov — Rüstəm (Revaz Çxikvişvili) Həmidə Ömərova — Çinarə (Həmidə Ömərova) Şövqi Hüseynov — Əhməd (Mikayıl Kərimov); Zeynal (Eldəniz Rəsulov); Fazil (Hamlet Qurbanov) Şəfəq Əliyeva — Rəna (Mayya İsgəndərova); Fəridə (Zemfira Sadıqova) Eldəniz Rəsulov — Çingiz (Həsən Məmmədov) İlham Əsgərov — Həsən (Həsənağa Turabov) Venera Abbasova — Çinarənin anası (Sona Aslanova); Rəfiqə (Gülşən Qurbanova) Pərviz Bağırov — Səməd (Vəliəhd Vəliyev) Telman Adıgözəlov — Camal (Telman Adıgözəlov) Ədalət Məmmədov — Şükürov (Sadıq Hüseynov) Nuriyyə Əhmədova — Bikə (Süsən Məcidova) Bəxtiyar Şərifzadə — titrlər
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 311-312. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax
Kateqoriya:1980-ci ilin Azərbaycan filmləri Kateqoriya:1980-ci ilin dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Oqtay Mirqasımovun filmləri Kateqoriya:Mükafat alan Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:Rusca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri