, qum pişiyi və ya səhra pişiyi () — cinsinə aid heyvan növü.
Bədən quruluşu Qum pişiyi ev pişiyi ilə, demək olar ki, eyni ölçülərə sahibdir. Digər pişik növlərindən əsas fərqləndirici xüsusiyyətlərin biri yetkin qum pişiklərinin üzlərinin bala pişik üzünə bənzəməsidir. Uzun və yumşaq tüklərə sahibdir. Tüklərinin rəngi qəhvəyi rəngdən bozumtul rəngə qədər dəyişir. Bədəninə nisbətən ən uzun qulaqlara sahib pişik növlərindəndir.
Qidalanması Qum pişiyi əsasən gəmiricilər, quşlar, zəhərsiz ilan və kərkəntələ kimi kiçik heyvanlar ilə qidalanır. Sərt iqlimə dözümlü olan qum pişikləri ehtiyacları olan suyun əksəriyyətini ovlarından əldə edir.
Yayılması və yarımnövləri Barxan pişiyinin Saxara səhrasından (Əlcəzair, Mərakeş, Çad, Niger) başlayaraq Ərəbistan yarımadası, Mərkəzi Asiyaya (Türkmənistan, Qazaxıstan və Pakistan) qədər olan bir zolaqda zayılmışdır.
Rəng çalarlarına görə aşağıdakı yarımnövləri məlumdur:
Felis margarita margarita — Saxarada, Felis margarita harrisoni — Ərəbistan yarımadasında, Felis margarita thinobia — Xəzər dənizi sahillərində (İran, Türkməniztan) Felis margarita scheffeli — Pakistanda.
Mənbə
Xarici keçidlər Barxan pişiyi. Məməlilərin ensiklopediyası Barxan pişiyi Qazaxıstanın Qırmızı Kitabı Kateqoriya:Asiya məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Afrika məməliləri