Asif, Vasif, Ağasif tammetrajlı bədii filmi rejissor Rasim İsmayılov tərəfindən 1983-cü ildə ekranlaşdırılmışdır.“Asif, Vasif və Ağasif”in macəraları: Nadejda İsmayılova filmin kadrarxası məqamlarından danışır: [rejissor Rasim İsmayılovun filmi haqqında] //Azadlıq.- 2015.- 19 yanvar.- s.14. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Filmdə əsas rolları Emil Pənahov, Ramin Aslanov, Hökümə Cəlilova, Məmməd Məmmədov, Şükufə Yusupova və Leyla Bədirbəyli ifa edirlər.

Məzmun Film çox yığcam, adi həyat hadisələrindən ibarət bir süjetə malikdir. Onun mərkəzində Asif (Emil Pənahov), Vasif (Ramin Aslanov) və Ağasif (Hökümə Cəlilova) adlı üç oğlu olan gənc bir ailə və bu ailənin, uşaqların təlim-tərbiyəsi ilə bağlı qayğıları durur. Ata (Məmməd Məmmədov) vaxtının çoxunu iş yerində keçirdiyindən övladlarının tərbiyəsini ana (Şükufə Yusifova) öz öhdəsinə götürmüşdür. O, oğlanlarını dəbdə olan "tərbiyə üsulları" ilə böyütmək fikrindədir. Ana xüsusi cədvəl tərtib edir: uşaqlar musiqi və idmanla məşğul olmalı, xarici dil, süfrə arxasında, böyüklərin yanında davranmaq qaydalarını öyrənməlidirlər. Nənənin (Leyla Bədirbəyli) hərdən eşidilən etirazı evdə ancaq qanqaralığa səbəb olur. Atalarının gəlişi isə uşaqlar üçün əsl toy-bayrama çevrilir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 110-111

Filmdəki hadisələr də məhz Asif, Vasif, Ağasifin ataları ilə gəzintiyə çıxdıqları zaman baş verən "sərgüzəştlər", daha doğrusu, ortancıl qardaşın "əyləncələri" ətrafında cərəyan edir...

Film haqqında Film 2-ci kateqoriyaya layiq görülüb.

Filmin üzərində işləyənlər Rejissor: Elmira Əliyeva

Filmin direktoru: Arif Səfərov

Quruluşçu rejissor: Rasim İsmayılov

Quruluşçu operator: Aleksandr Melkumov

Səs operatoru: Kamal Seyidov Ssenarist: Nadejda İsmayılova Rəssam: Məmməd Hüseynov Bəstəkar: Ruhəngiz Qasımova

Rollarda Məmməd Məmmədov - Ata

Şükufə Yusupova - ana

Leyla Bədirbəyli — nənə

Nəzri Babayeva - Gözəl Lalə

Ramiq Həsənov - Nadir

Nərgiz Cəfərli - Nərgiz

Zaur Mənsirov - Zaur

Emil Pənahov — Asif Ramin Aslanov — Vasif Hökümə Cəlilova — Ağasif

Məmməd Məmmədov — Riyad Şükufə Yusupova — Dilarə

Ramiz Əzizbəyli - milis nəfəri

İstinadlar

Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 288; 311-312.

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1983-cü ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1983-cü ilin filmləri Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Qardaşlar haqqında filmlər Kateqoriya:"Azərbaycanfilm" filmləri