() — aləminin tipinin sinfinin dəstəsinə aid heyvan fəsiləsi.
Təsviri Göyərçindən kiçik (qanad açılımı təxminən 40 sm olan), uçuşda qaranquşları xatırladan xırda dəniz quşlarıdır. Uçuşları sürətli, manevrli və pırpızdır, adətən dəniz səthindən aşağıdan uçurlar. Tez-tez böyük dəstələrlə, xüsusən də gecələr gəmilərin işığına toplaşarkən rast gəlinirlər. Quru üzərində inamsız hərəkət edirlər. Suya baş vurmağa qadir deyillər.
Səsi Səsi sakit cəh-cəh, cıvıltı və ya tıqqıltıdır.
Həyat tərzi
Qidalanması Fırtınaquşları iri planktonlar, balıq körpələri və ya balıqçılıq təsərrüfatının qalıqları ilə qidalanırlar.
Çoxalması Torfa və ya yumşaq torpaqlara qazdıqları yuvalarda, eləcə də qaya çatlarında və daş qırıntılarında koloniya şəklində yuvalayırlar. Balalarını qanadlana qədər yemləməyə davam edirlər.
İstinadlar
Həmçinin bax