Qərəh — Azərbaycan Respublikasının Siyəzən rayonunun Məşrif kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Yenikənd kənd Sovetinin Qərəh kəndi Məşrif kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası Quba xanlığının Şabran mahalı və 1830-cu ildə Qubanın Şabran mahalı da digər kəndlərlə yanaşı Qərəhin adının yerinə Qara kəndinin olması və Qara kəndi siyahılarda verilməyəndə artıq Qərəhin var olması Qərəh kəndinin mənşə adının Qara kəndi olmasına çıxarır. Bəzi tədqiqatçılara görə, toponim təhrifə uğramışdır və əslində ərəb dilindəki qəryə (kənd) sözü ilə bağlıdır.
Coğrafiyası və iqlimi Kənd Samur–Dəvəçi ovalığında yerləşir. Kənd coğrafi olaraq 4 tərəfdən dağlarla ötrülmüşdür. Kəndin əsas yerlərindən biridə kəndin bulağıdır Siyəzən rayonunda tədqiqat işləri demək olar ki, aparılmamış, indiyədək qeyd edilmiş yeganə bioloji təbiət abidəsidə Qərəh kəndi yaxınlığındakı bir cüt müqəddəs şərq çinarıdır.
Əhalisi Bu kənd Xızı və Siyəzən rayonlarındakı türkdilli kəndlərdən biridir. 1886-cı ilin siyahıyaalmasında kənd tatar olaraq qeyd olunub. 20-ci əsrin əvvəllərində "Xam torpaqlara hücum" siyasəti ilə kəndin əhalisi Yenikənd və ətraf bölgələrə köçürülmüşdür . Kəndin əhalisi XX əsrin əvvəllərində 263 nəfər olub hazırda 23 nəfərdir .
İqtisadiyyatı Kənd əhalisi heyvandarlıq və əkinçiliklə məşğul olur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Siyəzən rayonunun kəndləri