Məzmun
Bu, müharibədən sonrakı ilk illərdə çiyinlərinə dövrün ağır yükü düşmüş adamlar, Azərbaycan şəhərlərindən birinin həyatı, insan mənəviyyatının paklığı haqqında film-xatirədir. Filmin balaca qəhrəmanı, məktəbli Sadiq(Ruslan Nəsirov) ona ən yaxın olan yeganə adamı, bibisi Mədinə(Şükufə Yusifova) ilə birlikdə kənddən şəhərə köçür. Bir vaxtlar bibisi Sadığa guya yeni evlərinin pəncərələrinin altında böyüyən gözəl nar ağacı haqqında nağıl danışmışdı. Məlum olur ki, müharibədən sonrakı Azərbaycan şəhərinin həyatı heç də oğlanın təsəvvür etdiyi kimi deyilmiş. Lakin müharibənin yükünü öz üzərində hiss etmiş adamlarla ünsiyyət saxlaması Sadığı daha da nəcibləşdirir və xeyirxah edir.
Film haqqında
Film aktyor İdris Rüstəmovun kinoda ilk işidir. Film yazıçı Əkrəm Əylislinin "Adamlar və Ağaclar" silsilə povestlərindən biri-"Tənha Nar Ağacı" əsasında ekranlaşdırılmışdır.
Filmin heyəti
Film üzərində işləyənlər
Əsərin Müəllifi : Əkrəm Əylisli Ssenari müəllifi : Roza Hüsnitdinova Quruluşçu rejissor : Şamil Mahmudbəyov, Həsənağa Turabov Quruluşçu operator : Zaur Məhərrəmov Quruluşçu rəssam : Kamil Nəcəfzadə Bəstəkar : Tofiq Quliyev Səs operatoru : Ağahüseyn Kərimov Rejissor : Tofiq Məmmədov Operator : Nizami Abbasov Mahnı Mətni : Eyvaz Borçalı Geyim rəssamı : Kamil Nəcəfzadə Qrim rəssamı : Elbrus Vahidov Dekor rəssamı : Səyyad Bayramov Montaj edən : V. Mironova, G. Hüseynova Rejissor assistenti : Ə. Əhmədov, Fərid Hümbətov, F. Hüseynov Operator assistenti : Sərvər Rəşidoğlu(Sərvər Quliyev kimi) Rəssam assistenti : M. Manuvaxova Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu Quraşdırılmış səhnələrin rəssamı : Sərvər Musayev(S. Musayev kimi) İşıq Ustası : Rüstəm Rüstəmov Redaktor : Ramiz Rövşən(R. Əliyev kimi) İnzibatçı : Məmməd Qurbanov, Sahib Quluzadə Çalır : Azərbaycan Dövlət Radio və Televiziya Komitəsinin Simfonik Orkestri Dirijor : Əli Cavanşir Filmin direktoru : Aydın Dadaşov Kadrarxası mətn : Fəxrəddin Manafov Mahnı İfa edən : Akif İslamzadə(titrlərdə yoxdur)
Rollarda
Ruslan Nəsirov-Sadıq Şükufə Yusifova-Mədinə Nəcibə Hüseynova-Mərcan Yaşar Nuri-Qubad Rasim Balayev-Yaqub Natəvan Məmmədova-Surət Süsən Məcidova-Bəyxanım Əminə Yusifqızı-Firuzə Həsən Əbluc-Səyyad İlqar Ağayarov-Xəzər Həsənağa Turabov-Əli Nadir Əzməmmədov Mayak Kərimov-Leytenant Ötkəm İsgəndərov-Mənsur İdris Rüstəmov-Səlim N. Rukoviçkina Lətifə Əliyeva-Sədəf
Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 246; 257.
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Xarici keçid
Filmi izlə
Kateqoriya:1984-cü ilin filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Uşaq filmləri Kateqoriya:Şəkidə çəkilən filmlər Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Şamil Mahmudbəyovun filmləri