Ruçuq — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir.
Toponimikası Ruçuq oyk., sadə. Dağətəyi düzənlikdədir. Keçmiş adı Ruçuqqışlaq olmuşdur. Sonralar oykonimin ikinci komponenti düşmüşdür. Yaşayış məntəqəsi Afurca kəndinə məxsus Ruçuq adlı qışlaq yerində salınmışdır. Güman etmək olar ki, oykonim tat dilindəki ruçuq (ru-üz, çuq-açıq; Üzüaçıq) sözündəndir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 25 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Quba rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Quba rayonunun kəndləri