Lənkəran qəzası () — Rusiya imperiyası (Kaspi vilayəti, Şamaxı və Bakı quberniyaları tərkibində), Azərbaycan Demokratik Respublikası və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası (Azərbaycan Sovet Sosialist Respublikası tərkibində) tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Lənkəran şəhəri idi.
Tarixi Hələ çar I Nikolayın dövründə (1825–1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841–46-cı illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846-cı il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran şəhəri idi. Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi.
Qafqaz təqviminin (1917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi. Lənkəran qəzasında yaşayan 185 518 nəfər əhalinin 183 583 nəfəri yerli sakinlər, 1935 nəfəri müvəqqəti yaşayanlar, 96 904 nəfəri kişi, 88 614 nəfəri qadın idi. Qəza əhalisinin 170 min nəfərə qədəri müsəlman idi. Çarizmin köçürmə siyasəti nəticəsində Lənkəran qəzasının əhalisinin tərkibində rusların sayı artmışdı. Həmin məlumata görə, qəzada 16 206 nəfər rus qeydiyyata alınmışdı (onların 6974 nəfəri pravoslav, 9232 nəfəri sektant idi). Lənkəran şəhərində ümumi olaraq 17 801 nəfər yaşayırdı. Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.
Fevral inqilabından (1917) sonra Lənkəranda sovetlər yarandı. Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti quberniyaya daxil olan qəzaların, o cümlədən Lənkəran qəzasının zor gücünə sovetləşdirilməsinə çalışırdı. 1918-ci il aprelin 12-də Bakı Soveti Lənkərana 280 nəfərlik silahlı dəstə göndərdi və aprelin 14-də qəzada sovet hakimiyyətinin qurulması elan olundu, lakin 1918-ci il avqustun 4-də Lənkəran qəzasında sovet hakimiyyəti süqut etdi. Burada sağ eserlərlə "Muğan Müvəqqəti hərbi diktaturası və ya "Beşlər diktaturası" yaradıldı. "Muğan hökuməti" anti-Azərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Bolşeviklər də Lənkəranda hakimiyyəti ələ keçirməyə cidd-cəhd göstərirdilər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Lənkəranda gizli radiostansiya təşkil etmiş, sovet hakimiyyəti tərəfdarlarına hərbi və maddi kömək göstərmişdi. "Muğan hökuməti" 1919-cu il aprelin 25-də yıxıldı, Muğan Sovet Respublikası (1919-cu il 25 aprel — 27 iyul) quruldu. Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. Bəzi sosialist tədbirlərinə baxmayaraq, Muğan Sovet Respublikası xalq arasında nüfuz qazana bilmədi və iyulun 27-də süquta uğradı. Lənkəran qəzasında hakimiyyət Muğan qüvvələrinin əlinə keçdi. Ölkənin ərazi bütövlüyünün bərpasına xüsusi önəm verən Cümhuriyyət Hökuməti Lənkəran qəzasında öz hakimiyyətinin qurulması uğrunda fəal mübarizəyə başladı. Bu məqsədlə xüsusi dəstə təşkil olundu. Hərbi nazir Səməd bəy Mehmandarov iyulun 23-də Lənkəran qəzasının sakinlərinə müraciət imzaladı. Müraciətdə deyilirdi: "Vətəndaşlar! Azərbaycan Cümhuriyyəti hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, qayda-qanun yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı dəstələrdən və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb. Azərbaycanın ayrılmaz hissəsi olan qəzada məskunlaşmış bütün millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları sizin yanınıza qanunçuluğun daşıyıcısı kimi gəlirlər… Bununla bərabər, məlum edirəm ki, sovetlər, komitələr və ya "Muğan respublikası" adı altında hər hansı özbaşına təşkilatın yaradılmasına yol verilməyəcəkdir…".
Lənkəran əməliyyatı uğurla başa çatdı. Avqustun sonunda Lənkəran dəstəsi qarşıya qoyulan vəzifəni yerinə yetirdi. 1919-cu ilin avqustundan Lənkəran qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqları bərpa edildi. Aprel işğalından (1920) sonra Cümhuriyyət hakimiyyətinin süqutu nəticəsində 1920-ci il mayın 3-də Lənkəran qəzasında yenidən sovet hakimiyyəti quruldu. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq, Lənkəran qəzası 1929-cu ildə ləğv edildi.
Əhalisi
Etnik tərkib, dil və din 1851-ci ildə Rusiyada əhali sayının araşdırılması üçün həyata keçirilmiş IX təftişə əsasən, inzibati cəhətdən Bakı, Şamaxı, Lənkəran, Nuxa və Şuşa qəzalarını əhatə edən Şamaxı quberniyasının əhalisi 319.923 nəfəri kişilər, 283.083 nəfəri qadınlar olmaqla 603.006 nəfər idi.О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованie о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр. Əhalinin ümumi sayı haqqında məlumatlar imperiyanın Maliyyə Nazirliyinin Zaqafqaziya idarəsi tərəfindən təqdim olunmuşdu. Qəzalar üzrə qadınların ayrıca sayını müəyyən etmək münkün olmamışdır. Kişilərin qəzalar üzrə sayı haqqında məlumatlar isə Tiflisdən həqiqi dövlət məsləhətçisi Aleksey Fyodoroviç Kruzenştern tərəfindən təqdim olunmuşdu. Beləliklə, həmin məlumatlara əsasən Lənkəran qəzasının bütün yaşayış yerlərində kişi cinsindən toplam 43.198 nəfər əhali yaşayırdı. 250px|thumb|right|Lənkəran qəzasının etnik xəritəsi, 1880-ci ildə tərtib edilib.
1859–1864-cü illər kameral təsviri Bakı quberniyasının 1859–1864-cü illərə təsadüf edən kameral təsvirinə əsasən:Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 79 Toplam qəza əhalisi: 79 258 nəfər Oturaq əhali: 74 011 nəfər Kənd əhalisi: 70 272 nəfər Şəhər (Lənkəran) əhalisi: 3 739 nəfər milliyyəti göstərilmədən: 3 739 nəfər Köçəri əhali: 5 247 nəfər Kənd əhalisi və köçəri əhali birlikdə: 75 519 nəfər. Onlardan milliyyətinə görə: Talışlar: 35 035 nəfər Tatarlar(Azərbaycanlılar): 34 344 nəfər Ruslar: 5 534 nəfər milliyyəti göstərilmədən: 606 nəfər.
1926-cı il siyahıyaalınması +Lənkəran qəzası əhalisinin milli tərkibiEthno-Caucasus, Этнодемография Кавказа :Ленкоранский уезд (перепись 1926 года) Etnik qrup Bütün qəza Lənkəran ş. Sara (ada) Astara d. Astarxan-Bazar d. Boradigah d. Vəryadüz d. Lerik d. Masallı d. Mistan d. Prişib d. Şürük d.cəmi208 47912 07875722 88237 59828 62220 74211 70227 53610 83517 35418 373tatar111 1819 3011612 47131 2485 54020 4551 31524 4483 50212 048692talış77 261222…18 609…21 91210810 3281 8857 2561816 923rus13 3841 8695447163 695855775579124 334698
Dili
1897-ci il siyahıyaalınması +Lənkəran qəzası əhalisinin dili Dillər Bütün qəzaДемоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия) :Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-Ленкоранский уезд вес -Источник : Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т. Т.51–89. С.-Петербург: 1903–1905 Lənkəran ş.Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия) :Первая всеобщая перепись населения Российской Империи 1897 г. Распределение населения по родному языку и уездам Российской Империи кроме губерний Европейской России-город Ленкорань -Источник : Первая Всеобщая перепись населения Российской Империи 1897 г. Таблица XIII. Распределение населения по родному языку. (Губернские итоги). Т. Т.51–89. С.-Петербург: 1903–1905cəmi130 9878 733Azərbaycan dili84 7255 600Talış dili34 991973Rus dili9 4811 277Erməni dili483299Ukrayn dili24391Polyak dili208113Yəhudi dili207150Mordov1691Alman132111Fars8934Türk821Tat7430Gürcü1711Avar148Yunan91Litva5…Belorus41Ləzgi42İsveç2…digər5130
1926-cı il siyahıyaalınması +Lənkəran qəzası əhalisinin dili Dillər Bütün qəza Lənkəran ş. Sara (ada) Astara d. Astarxan-Bazar d. Boradigah d. Vəryadüz d. Lerik d. Masallı d. Mistan d. Prişib d. Şürük d.cəmi208 47912 07875722 88237 59828 62220 74211 70227 53610 83517 35418 373Türk108 7159 4661801 82632 1685 74319 5956523 3423 54111 978811Talış80 556204…20 018…21 81292010 7942 7207 2601216 816Rus13 4811 9275457323 702858785580124 344698Erməni49819913231624……1512061
Mənbə О народонаселенiи Россiи по губернiямъ и уѣздамъ: LXII. Шемахинская губернiя, стр. 154. // Девятая ревизiя. Изслѣдованie о числѣ жителей въ Россiи въ 1851 году Петра Кеппена. Санктпетербургь: Вь Типографiи Императорской Академiи наукь, 1857, 297 стр.
Qeydlər
İstinadlar
Kateqoriya:1840-cı ildə yarananlar Kateqoriya:Lənkəran qəzası Kateqoriya:Lənkəran tarixi Kateqoriya:Talış tarixi Kateqoriya:Azərbaycan tarixi