Çeşməli (tarixi adı: Çirkinli) — Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası 1959-cu ilədək kəndin adı Çirkinli olmuşdur. Çirkinli türk–monqol mənşəli bir tayfanın adıdır. XIII əsrdə monqolların tərkibində Azərbaycana gəlmiş çirkinlilər sonralar qızılbaş hərbi ittifaqına girmişlər. 1959-cu ildən kənd adının mənası guya pis yozulduğundan (Azərbaycan dilində "iyrənc" mənasındakı "çirkin" sözüylə omonim/səsdaş olduğuna görə) kəndin ərazisindəki "Çeşməli" adlı bulağın adı ilə rəsmiləşdirilmişdir. Oykonim "gözlü bulaq, bulaqlar" deməkdir.

Tarixi

Tarixi abidələri Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.

Coğrafiyası və iqlimi Kənd Tovuz rayonunun cənub hissəsində yerləşir. Dağ kəndi olduğu üçün qışı əsasən sərt soyuq, yayı isə mülayim isti keçir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19995422852572009↘508↘262↘246

İqtisadiyyatı Kənd əhalisi təsərrüfat, əkinçilik və maldarlıqla məşğuldur. Kənd təsərrüfatında əsasən kartof əkini ilə məşğul olan yerli əhali, məhsullarının satışını yerli bazarlar ilə yanaşı Rusiya və Ukrayna kimi ölkələrdə də edirlər. Əlverişli şərait və məhsuldar torpağın olması, əkinçilik sahəsində əhəmiyyətli yer tutur. Həmçinin arıçılıq və son illərdə tütünçülük kimi fəaliyyət növləri də kəndin iqtisadi yaşamında önəmli rol oynayır.

Mədəniyyəti Kənddə Çeşməli kənd kitabxana filialı, Çeşməli kənd klubu, Çeşməli poçt şöbəsi (AZ6021) fəaliyyət göstərir.

Kənddə telefon qovşağı, kənd bələdiyyəsi, Tovuz rayon icra hakimiyyəti nümayəndəliyi fəaliyyət göstərir.

Təhsil Kənddə Məstan Novruzov adına Çeşməli kənd tam orta məktəbi fəaliyyət göstərir.Azərbaycan Respublikası Təhsil Nazirliyi. Tovuz Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri. (tovuz.edu.gov.az) Məktəb şəhid Məstan Novruzovun adını daşıyır. Məktəbin qarşısında şəhidin xatirəsinə abidə ucaldılmışdır.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Çeşməli həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Çeşməli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri Kateqoriya:Azərbaycanda monqol mənşəli yaşayış məntəqələri