Etibar Adil oğlu Babayev () — Əməkdar jurnalist; pedaqoq; "Azad Azərbaycan" Teleradio Şirkətinin bədii şura sədri; Bakı Slavyan Universitetinin professoru.
Həyatı Etibar Babayev 1950-ci il dekabrın 15-də Bakı şəhərində anadan olmuşdur.
1968-ci ildə H. Cavid adına 132 nömrəli orta məktəbi, 1973-cü ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Politoloq ixtisası üzrə İkinci ali təhsilini Bakı Ali Partiya məktəbində alıb.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Teleradio verilişləri Komitəsinin redaksiyaları ilə əməkdaşlıqla başlayıb. "Tələbə klubu", "Yeddinci qitə", "Sözlü-nəğməli İstanbul", "Kanal-6 təqdim edir" kimi populyar verilişlərin müəllifi və aparıcısı olaraq tamaşaçıların rəğbətini qazanıb.
Şair-dramaturq Adil Babayevin (1925–1977) oğludur.
Siyasi fəaliyyəti Etibar Babayev Azərbaycan Komsomolu Mərkəzi Komitəsində təlimatçı, daha sonra təbliğat və mədəni kütləvi işlər şöbəsinin müdiri (1975–1979), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin mədəniyyət şöbəsində təlimatçı (1979–1981), Bakı şəhər Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri (1981–1988) kimi məsul vəzifələrdə çalışıb. 1981–1989-cu illərdə Bakı Şəhər Sovetinin deputatı seçilib. 1989–1992-ci illərdə "Azərbaycantelefilm"in direktoru, Azərbaycan Dövlət Teleradio Şirkətinin sədr müavini vəzifələrində çalışıb. 1993–2001-ci illərdə Bakı İcra Hakimiyyətində məsul vəzifələr daşıyıb. 2001–2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti olub. 2013-cü ildən "Azad Azərbaycan" müstəqil teleradio şirkətinin Bədii Şurasının sədridir.
Etibar Adil oğlu Babayev uzun illər Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü, Azərbaycan Reklamçılar İttifaqının vitse-prezidenti olub. Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Bir müddət Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur. Ardınca Azərbaycan Demokratik İstiqlal Partiyası üzvü olmuşdur. 1995-ci il parlament seçkilərində Etibar Babayev Azərbaycan Demokratik İstiqlal Partiyasının poporsional seçki üzrə vahid namizədlər siyahısında 2-ci sırada olmuşdur. ADİP proporsional seçkilərdə 106 782 (ümumi səslərin 3%-ni) toplayaraq 8%-lik səs həddini keçə bilməmiş, Etibar Babayev isə deputat seçilə bilməmişdir.Dieter Nohlen, Florian Grotz & Christof Hartmann (2001) Elections in Asia: A data handbook, Volume I, p357
Elmi fəaliyyəti E. Babayev həm də elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, daha sonra Bakı Slavyan Universitetində dərs deyir. 2009-cu ildən jurnalistika kafedrasının müdiri seçilib. 2010–2013-cü illərdə Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətində yeni yaradılan Teleradio Akademiyasında rektor olub.
Müxtəlif illərdə "Hacı Zeynalabdin Tağıyev" milli mükafatı, Jurnalistlərin "Qızıl qələm", "Həsən bəy Zərdabi" mükafatları, "Əməkdə fərqlənməyə görə" Lenin yubiley medalı, Yusif Məmmədəliyev medalı, müxtəlif Fəxri Fərmanlar və Diplomlar alıb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" adına layiq görülüb. Etibar Babayevin jurnalist fəaliyyəti Türkiyədə də müxtəlif ödüllərlə yüksək qiymətləndirilib.
Kitabları Bu da bir imtahandır. 2008 Yalana heykəl. 2009 Düz söz əyri qulağa necə girər? 2010 Qəfəsdə yaşamaq həyat deyil. 2011 Sözün varsa danış. 2012 Yalana heykel (türkçe) İstanbul nəşri. 2012 Teatrda müasirlik axtarışları. 2013 Devrimin gölgesinde fırtınalar (türkçe) İstanbul nəşri. 2014 Ömrün 100 anı. 2014 Barış körpüsü. 2018
Sənədli filmlər Sağalmaz yara Birincilər Bir millət, iki dövlət Zirvə Çiçək yağışı Azərbaycan deyəndə Biz 50 milyonluq xalqiq Birliyimiz əbədidir
İstinadlar
Xarici keçidlər Telejurnalist Etibar Babayevlə fotosöhbət Etibar Babayev ilə "Ustad Dərsi"
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Pedaqoqlar Kateqoriya:"Qızıl qələm" mükafatı laureatları Kateqoriya:Bakı Şəhər Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Space TV-nin rəhbərləri Kateqoriya:Həsən bəy Zərdabi mükafatı laureatları Kateqoriya:Bakı Slavyan Universitetinin müəllimləri