Abxaziya bayrağı — Bəzi dövlətlər tərəfindən tanınan Abxaziya respublikasının rəsmi dövlət bayrağı.
1991-ci ildə V. Qamqiya tərəfindən hazırlanmış bayraq dörd ədəd yaşıl və üç ədəd ağ paralel zolağın ardıcıl yerləşməsindən ibarətdir. Sol üst küncdə üç cizgi uzunluğunda qırmızı fonda dördbucaq vardır. Dördbucağın içində sağ əlin içi və əlin üstündə yarımdairə şəklində dayanan 7 ədəd 5 guşəli ulduz təsvir olunmuşdur. Bayraqdakı əl dost üçün "Xoş gəldin", düşmən üçün isə "yol yoxdur" mənasını daşıyır. Bayraqdakı 7 ulduz isə Abxaziyanın 7 tarixi bölgəsi olan Abyuva, Bzıp, GQma, Psı-Aybga, Dal-Tzabal, Sadz və Samırzakanı təmsil edir. Bu yeddi bölgə daha sonra 7 şəhərə çevrilmişdir. (Suxuma, Gudauta, Qaqra, Afon, Qal, Oçamçira və Tkuarçal) Yaşıl və ağ zolaqlar isə uyğun olaraq islamı və xristianlığı bildirir.
Açıq əl XIV əsrdə Abxaziya Krallığının simvolu olmuşdur. Üzərində bu cür əl olan bayraq Sebastopolsda istifadə olunmuşdur. Açıq əl abxazların əsas simvoludur.
Qalereya
Xarici keçidlər Abxaziya bayrağının mənası
Kateqoriya:Abxaziya tarixi Kateqoriya:Ulduzlu bayraqlar Kateqoriya:Tanınmayan və ya qismən tanınan dövlətlərin bayraqları Kateqoriya:Ağ, qırmızı və yaşıl bayraqlar