Armen Qaro ya da Karekin Pastırmacıyan (; () — erməni terrorçusu, daşnak liderlərindən biri.
Həyat və fəaliyyəti Armen Qaro Ərzurum şəhərində anadan olmuşdur, 1891-ci ildə buradakı erməni məktəbində təhsilini başa vurduqdan sonra, Fransaya yollanır və Nansi universitetinin nəzdində, kənd təsərrüfatı məktəbində təhsil alır. 1894-cü ildə Daşnaksütunun sıralarına qatılır. 1895-ci ildə Zeytun üsyanına kömək etmək məqsədilə Misirə yollanır, buradan üsyançılara silah sursat və canlı güvvə gondərilməsini təşkil edir.
Həmin vaxt o, Armen Qaro təxəllüsü ilə adlanmağa başlayır.
1896-cı ilin avqustun 26-da, daşnakların Osmanlı bankına qarşı təşkil etdiyi terror aksiyasında iştirak edir, Armen Qaro bankı zəbt edən terorçuların içərisində yer alır. Onun vəzifəsi, bank işçilərinin və ziyarətçilərin qaçmasının qarşısını almaq idi. Terrorçular bu adamlardan canlı sipər kimi istifadə etməyi planlaşdırırdılar.
İri dövlətlərin müdaxiləsi nəticəsində, bankı zəbt etmiş erməni terrorçuları Türkiyədən sah salamat Fransaya qedir və orada siyasi sığınacaq alır.
Armen Qaro bir müddət Fransada qaldıqdan sonra oradan deportasiya edilir və İsveçrəyə gəlir.
1898-ci ildə Daşnaktütunun II qurultayında partiyanın Misir komitəsinin nümayəndəsi kimi iştirak edir.
1901-ci ildə Tiflisə köçür, 1905–1906-cı il hadisələri zamanı 500 nəfərlik silahlı erməni dəstəsi yaradır və bu dəstəyə başçılıq edir.
Türkiyədəki "gənc türklər" inqlabından sonra, Armen Qaro Osmanlı parlamentinə Ərzurumdan deputat seçilir. Birinci Dünya müharibəsi zamanı, çar ordusunun tərəfində vuruşan, erməni dəstələrinin təşkilində aktiv iştirak edir.
1917-ci ildən ABŞ-də erməni katalikosunun təmsilcisi kimi fəaliyyət göstərir. 1920-ci ildə Ermənistan respublikasının ABŞ da səfiri təyin olunur.
Daşnakların təşkil edib həyata keçirdiyi Nemezis əməliyyatına rəhbərlik edir.
Xarici keçidlər Armenian Terrorism in the 20th Century Operation Nemesis
Həmçinin bax Erməni terrorizmi Nemezis əməliyyatı
Kateqoriya:Terrorçular Kateqoriya:Erməni terrorizmi Kateqoriya:Ermənistan Demokratik Respublikası Parlamentinin II çağırış deputatları Kateqoriya:Erməni milliyətçiliyi Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Nemezis əməliyyatı Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Rusiya İmperator Ordusunun generalları Kateqoriya:Ermənistan diplomatları Kateqoriya:erməni fədayilər Kateqoriya:Ermənistan memuarçıları Kateqoriya:Ermənistan milliyyətçiləri Kateqoriya:Viqilantlar