Xoruzlu — Azərbaycan Respublikasının Tərtər rayonunun Xoruzlu kənd inzibati ərazi dairəsində kənd.
Qarabağ düzündədir. Oykonim kəngərli tayfa birliyinə daxil olan xoruzlu tirəsinin adı ilə bağlıdır."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
Əhalisi Əhalisinin bir hissəsi 1949-cu ildə Dərələyəz mahalından deportasiya olunublar.Svetlana Əzizova. "Qan iyi". Bütöv Azərbaycan qəzeti. №04. 18 noyabr 2008-ci il.
Tanınmışları Vəzir Orucov (1956–1993) — Azərbaycanın Milli Qəhrəmanı. Tofiq Yusif (1950–2021) — Şair, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Mətbuat Şurasının üzvü, "Tərəqqi" medalı, "Qızıl qələm" və "Məmməd Araz" mükafatları laurеatı, "Yeni Tərtər" qəzetinin redaktoru.
İstinadlar
Kateqoriya:Tərtər rayonunun kəndləri