Piştəkinlilər (Piştəkinlilər sülaləsi, Pişkinlilər, Pişkin xanədanı, Pişkinoğulları və ya Əhər bəyləri; Əski əlifba: پيشگين اوغوللارى ; Pişkin oğulları) — 1155-ci il ilə 1231-ci illəri arasında bir dönəm Arranlı ,əddadilərə, bir dönəm də Eldənizlilərə bağlı olaraq Qaradağ vilayətinin Əhər şəhəri və çevrəsində hökm sürən xanədan.

Tarixi Xanədanın soyu 1068-cı ildə Gürcüstana qarşı bir səfəri sırasında İrana əsir olaraq gətirilirkən səlcuqlu hökmdarı Alp Arslan tərəfindən əsir alınan bir gürcü soylusuna dayanmaqdadır. 1125-ci il ilə 1131-ci illər arası xanədan Xarəzmşahların əlinə keçmişdir. Aharın şərqindəki Meşkinin adının bu xanədandan gəldiyi düşünülür.

Hökmdarları Nüsrətəddin Piştəkin ibn Məhəmməd (1155-1210) Nüsrətəddin Məhəmməd Piştəkin (1210-1230)

İstinadlar

Mənbə Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998.

Həmçinin bax Qaradağ vilayəti

Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:İran gürcüləri Kateqoriya:İran tarixi Kateqoriya:Azərbaycanlı sülalələr