Aşağı Atuc — Azərbaycan Respublikasının Quba rayonunun Aşağı Atuc kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun faktiki mövcud olan Aşağı Atuc kəndi rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, bu kənd mərkəz olmaqla Aşağı Atuc kənd Soveti yaradılmışdır.

Toponimikası XIX əsrin sonlarında Atuc kəndindən çıxmış bir qrup ailənin həmin kəndə məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Yaşayış məntəqəsi əvvəlki kənddən bir qədər aşağıda yerləşdiyi üçün belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2236 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İstinadlar

Həmçinin bax

Kateqoriya:Quba rayonunun kəndləri