Barbara Brılska (; ) — Sovet və Polşanın teatr-kino aktrisası, müğənni. SSRİ Dövlət Mükafatı laureatı (1977). Keçmiş SSRİ məkanında daha çox Eldar Ryazanovun "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmindəki Nadya Şevelyova rolu ilə tanınır.

Həyatı

Barbara Brılska 5 iyun 1941-ci ildə"Təqvim-iyun". //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 14. Polşada Lodzi yaxınlığındakı Skotniki şəhərində anadan olmuşdur. 15 yaşında olarkən ilk rolunu kinoda ifa edir. Çəkilişlərdən sonra teatr dərnəyində məşğul olmağa başlayır. O, Lodz teatr məktəbində oxuyurdu. 1967-ci ildə oranı qurtarır.

1966-cı ildə Boleslav Prusun romanı əsasında çəkilən "Firon" filmində (rejissor: Yeji Kavaleroviç) kahinə Kama rolunu ifa edir. Barbaraya ən böyük şöhrət gətirən rolu isə çoxlu söz-söhbətə səbəb olan "Sevgi anatomiyası" filmində oynadığı Həvva obrazı idi. O, həm də Sovet, Çexoslovakiya və Bolqarıstan kinorejissorlarının filmlərində də çəkilmişdir. SSRİ-də onu tanınmış edən "Qəribə təsadüf və ya həmişə təmizlikdə" filmində ifa etdiyi Nadya rolu oldu. Barbara Brılska bu rola görə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

XXI əsrin əvvəlində o, teatr səhnələrinə çıxmağa başladı. Brılskanın teatr səhnəsində ilk rolu Moskvada dramaturq Ronald Harvudun "Kvartet" əsərinin tamaşasında olmuşdur.

1982-ci ildə oğlu Lüdviq anadan olmuşdur. Qızı aktrisa və model Barbara Kosmal (1973—1993) Bjezinı şəhərindəki avtomobil qəzasında faciəvi şəkildə həlak olmuşdur.

Filmoqrafiya

İl Azərbaycanca adı Orijinal adı Rol1958 Xoşbəxtlik qaloşları epizod1963 Onların adi günü Qrajinin bacısı1964 Axşam düşəndə üzgüçü1965 Sonra sakitlik düşəcək Eva1966 Səma 1966 Firon Kama1967 Etüd 1967 Həyatdan artıq yatırım İnqa1968 Bazar ertəsi qətl Hanna Stern1968 Şahinin izi Ketrin Emerson1969 Cənab Mayklın macəraları Kjisiya1969 Cinayəti oğurlamış cani Yeva Salm1969 Pan Volodıyovski Kristina Droxoyuvskaya1970 Adamın ardınca Vanda1970 Polşa albomu AnnaMariya1971 Günəşə tamaşa edərək qız1971 XII Piqmalion Erika Bonqert1972 Sevgi anatomiyası Yeva1972 Azadlıq Helena1973 Ayrılıq Hanka1973 Şəhərlər və illər Mari Urbax1974 Okantrosun vizası Yaqoda1974 Zaman ardınca zaman Basiya1975 Qəribə təsadüf və ya həmişə təmizlikdə Nadya Şevelyova1975 Rejissorlar Elizabet1976 Məruzə et, 07 Yeva1977 Sakit amerikalı Praqada Milena1978 Tereza Hennertin sevgi macərası Tereza Hennert1978 Yüz sahilə qədər yüz at Kristina1978 Alovlu həyat Marta1978 Son damla qanadək... Yeva1979 Qəzəbli Qolevijova1980 Levinin dəyirmanı Mari1980 Nikodim Dizmanın karyerası Evita1982 Qisasçılar, xilaskarlar və qılınclar Sibilla1984 Mixal 1985 Nifrətin kölgəsində naməlum qadın1985 Skalpel, xahiş edirik! Volejnikova1986 Ümid respublikası Vodnijakova1986 Sola doğru səmt Silviyanın anası1986 Berlin-Qərb epizodu Monika1987 Məruzə et, 07 Sofiya Qambetti1987 Fincan qırıqları Myeljinska1987 Xüsusi tapşırıq Qrajinka1987 Yalan çayı aktrisa1988 Yanuşk haqqında ballada müəllim Barbara1988 Mehtab gecəsi rahibə1989 Qdansk 39 Burxardtova1991 Qatar qarət olunur, hər şeyin haqqını ödəmək lazımdır 1993 Yalnız qorxu televiziya redaktoru1993 Gözəl və varlı olmaq yaxşıdır sahibə1993 Otaq kirayəsi ana1994 Polyaksayağı ölüm psixiatr1996 Virus uşaq evinin direktoru1998 Təslim Sobeskinin arvadı2000 Yaxşılar və pislər Barbara Burska2001 Daun Haus Yepançina2002 Şəxsi həyat Selina2003 Kazus Belli Eva2006 Şəffaf mavi pəncərə Nina2006 Qəribə milad bayramı Olqa Samoylova2007 Qəribə təsadüf. Davam ''Nadejda Şevelyova2008 Admiral Roza Karlovna2008 Dayə Aqata2009 Keçiddə məhəbbət Marta2014 Şahzadələrin sirri pəri

İstinadlar

Xarici keçidlər

Фотогалерея Барбары Брыльской «Люди» «Польша не простила Брыльской бешеного успеха в СССР» «Актриса Барбара Брыльска: Рецепт моей заливной рыбы — это секрет»

Kateqoriya:Polşada doğulanlar Kateqoriya:Polşa aktrisaları Kateqoriya:SSRİ aktrisaları Kateqoriya:Rusiya aktrisaları Kateqoriya:SSRİ Dövlət mükafatı laureatları Kateqoriya:Lodz voyevodalığında doğulanlar Kateqoriya:Polşa teatr aktrisaları Kateqoriya:Polşa film aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları